Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | “Code for Future” layihəsi çərçivəsində növbəti semestr üçün qeydiyyat başladı
“Code for Future” layihəsi çərçivəsində növbəti semestr üçün qeydiyyat başladı
Hörmətli SDU tələbələri, “Code Academy” ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi #CodeForFuture layihəsinin təqaüdlü təhsil imkanını qaçırma! Əgər siz də İnformasiya Texnologiyalari (IT), Proqramlaşdırma ixtisasları üzrə təhsil almaq istəyirsinizsə, heç bir ödəniş etmədən, hətta uyğun universitet kreditlərini əvəz ətməklə təhsil almaq şansını əldə edə biləcəksiniz. Qeyd edək ki, dərslər 2024-2025-ci tədris ilinin payız semestrində başlayacaq. Qeydiyyat üçün link: https://code.edu.az/forfuture/
 
Layihədə iştirak edə bilər:
 
- Hal-hazırda II və III kursda təhsil alanlar;
 
- Aşağıdakı ixtisaslar üzrə təhsil alanlar:
  • Kompüter mühəndisliyi
  • İnformasiya texnologiyaları
  • Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
  • Mexanika mühəndisliyi
  • Mexatronika və robototexnika mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  • Elektrik və elektronika mühəndisliyi
  • Energetika mühəndisliyi
  • Ekologiya mühəndisliyi
  • Kimya mühəndisliyi
  • Neft-qaz mühəndisliyi
  • Riyaziyyat müəllimliyi
  • Riyaziyyat və İnformatika müəllimliyi
Qeyd: 22 may saat 13:00-da Universitetin Böyük Akt zalında layihə ilə bağlı infosessiya keçiriləcəkdir. Müvafiq ixtisaslarda və kurslarda təhsil alan tələbələr infosessiyaya dəvətlidir!
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az