Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Sumqayıt Dövlət Universiteti “Ən yaxşı sosial şəbəkə postu” adlı müsabiqə elan edir
Sumqayıt Dövlət Universiteti “Ən yaxşı sosial şəbəkə postu” adlı müsabiqə elan edir
Post-da qrafik poster və yaradıcı paylaşım mətni yer almalıdır.
Hazırlanan postlarda SDU-nun rəsmi saytında yerləşən “Elanlar” bölməsindəki 2024-cü ilə aid məlumatların hər hanısa birindən istifadə edilməlidir.
Poster istənilən qrafik dizayner proqramında hazırlana bilər.
Hər bir iştirakçı müsabiqəyə yalnız bir “post”-un materialını təqdim edə bilər.
Müsabiqə SDU tələbələri üçün nəzərdə tutulmuşdur.
Müsabiqə iki mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə yüksək bal alan 10 iştirakçı final mərhələsinə keçmək şansı qazanacaq.
Final mərhələsi SDU-da baş tutacaq.
Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları postu (poster və paylaşım mətni) 5 may 2024-cü il, saat 17:30-dan gec olmayaraq shukur.aliyev@sdu.edu.az elektron poçt ünvanına göndərməlidir.
Elektron məktubun mövzu hissəsində müsabiqənin adı (“Ən yaxşı sosial şəbəkə postu”) qeyd olunmalıdır.
Elektron məktubda əlaqə nömrəsi, fakültə, kurs, ad, soyad, ata adı, həmçinin istifadə olunan elanın linki qeyd edilməlidir.
Müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq.
Qaliblər SDU-nun Marketinq komandasına qoşulmaq şansı əldə edəcəklər.
 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az