Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçiriləcəkdir.
Panel müzakirəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə rəhbəri  Gülnar Mirhüseynova, “ASAN” İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Hasil Abbasov, Sumqayıt Dövlət Universitetinin Elmi hissəsinin müdiri Samir Orucov və ekspert Vüsal Kərimli çıxış edəcək. Onlar proqram çərçivəsində Sumqayıt gəncləri ilə “Gələcəyin innovativ peşələri” mövzusunda maraqlı müzakirələr aparacaqlar. Həmçinin təqdimatlar və interaktiv debatlar təşkil olunacaqdır.
Proqramın əsas məqsədi regionlarda innovativ peşələr haqqında məlumatlılığı artırmaqla mövcud imkanlara olan çıxışları göstərməkdir.
Tanınmış ekspertlər və simaların iştirakı ilə yeni həllər, imkan və fürsətlərlə bağlı sizin görüşünüzə tələsirik!
 
 
Sumqayıt, Sumqayıt Dövlət Universiteti
28.02.23, 14:30
Qeydiyyat linki: https://forms.gle/xx5pbFYyYyVZVXFM8
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az