Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
08-09 dekabr 2022-ci il tarixlərində Sumqayıt Dövlət Universiteti və İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda III beynəlxalq elmi konfransı keçiriləcək.
Tədbirdə informasiya-ölçmə və idarəetmə sistemləri, sistemli analiz və modelləşdirmə, mexatronika və robototexnika, korporativ informasiya sistemləri və onların tətbiqi, intellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri, eləcə də cihazqayırmada yeni texnologiyalar mövzuları üzrə müzakirələr aparılacaq.
Konfransa qəbul olunmuş məqalələrin eLibrary.ru məlumat bazasında yerləşdirilməsi nəzərdə tutulur.
Elmi konfransda iştirak etmək üçün materialları 30 noyabr 2022-ci il tarixinədək müvafiq tələblərə uyğun olaraq, infomk2022@mail.ru e-poçt ünvanına göndərmək tələb olunur.
 
Konfransa internet üzərindən (ZOOM ) qoşulmaq olar:
İD: 7405895923
Parol: sdu2022
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az