Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
2022/2023-cü tədris ilində Sumqayıt Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı üçün təqdim edəcəkləri sənədlərin siyahısı
 
Magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün  https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış şəxsi kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
 
Qeydiyyat 2022-ci il 15 iyul saat 12:00-dan 25 iyul saat 12:00-dək davam edəcəkdir.
 
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsi;
2. Bakalavr diplomu və diploma əlavə;
3. Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqını gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilərlər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatları daxil etməklə ödənişi icra edə bilər.
7. Ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
 
Elektron qaydada qeydiyyatdan keçdikdən sonra göstərilən sənədlər ipli qovluqda 2022-ci il iyulun 26‑dək (şənbə və bazar günləri istisna olmaqla) SDU-nun Doktorantura və magistratura şöbəsinə (Əsas bina, II mərtəbə, 243№-li otaq, saat 1000-dan 1600-dək) təqdim edilməlidir.
Sənədləri qaydasında olmayan bakalavrların magistraturaya qəbulundan imtina ediləcək.

Əlaqə telefonu:      018 642 12 63                   

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az