Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən “Azərbaycanda tədqiqat imkanlarının artırılması” proqramı çərçivəsində Azərbaycan Diplomatik Universitetində keçirilən onlayn kurslarda iştirak üçün müraciəti açıq elan etmişdir
Layihə Azərbaycanın regionlarından olan tədqiqatçılara ingilis dilində akademik məqalələri oxumaq və hazırlamaq üçün lazım olan ingilis dili bacarıqlarını təkmilləşdirməyə kömək edərək, onların ingilis dilində elmi ədəbiyyata əlçatanlığını artırmağı hədəfləyir.
Bu proqram ilk növbədə sosial və humanitar elmlər sahəsində (siyasət elmləri, sosiologiya, fəlsəfə, tarix, təhsil, hüquq, iqtisadiyyat, gender tədqiqatları, ictimai siyasət və s.) magistrantlar və doktorantlar, müstəqil tədqiqatçılar, regional ali təhsil müəssisələrinin gənc professor-müəllim heyəti üçün nəzərdə tutulub.
Birinci mərhələdə “Ümumi ingilis dili” üzrə onlayn kurslar təşkil olunur.
Birinci mərhələni uğurla bitirən iştirakçılar İkinci mərhələ üzrə keçirilən “Tədqiqat metodları; Statistik analiz; Akademik yazı” kursunda iştirak hüququ qazanır.
Hər mərhələ üzrə online kursların müddəti 4 aydır.
Təlimlərdə iştirak üçün tələblər: A2 (elementry) B1 (pre-intermediate)
Qeyd: İştirakçılar qeydiyyatdan keçdikdən sonra skayp vasitəsilə müsahibə olunacaqlar.
Son müraciət tarixi: 27 dekabr 2021-ci il.
Maraqlananlar Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinə (otaq-131) müraciət edə bilərlər:
Telefon: +994-18 642-16-20  E-mail: bsdu@mail.ru
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az