Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı Ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, irsinin dərindən öyrənilməsi, təbliği məqsədilə və anım günü münasibətilə tələbələr arasında VƏTƏN MÜHARİBƏSİNDƏKİ ŞANLI ZƏFƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TARİXİ QƏLƏBƏSİDİR mövzusunda ən yaxşı məqalə müsabiqəsi elan edir.
Məqalə müəllifləri aşağıdakı mövzular kontekstində məqalələrini təqdim edə bilərlər:
1. Qalib Azərbaycan gəncləri Heydər Əliyev məktəbinin yetirməsidir.
2. Müzəffər Ali Baş Komandanın ordu quruculuğu siyasəti Heydər Əliyev ideyalarının davamıdır
3. Heydər Əliyev uzaqgörənliyi – Zəfər müjdəsi!
4. Müzəffər liderin əməlləri vətənə xidmətin parlaq nümunəsidir

                                  M Ü K A F A T L A R
1-ci yer 300 (üç yüz) manat
2-ci yer 200 (iki yüz) manat
3-cü yer 100 (bir yüz) manat
Məqalələr 10 dekabr 2021-ci il tarixinədək qəbul olunur.
Nəticələr 20 dekabr 2021-ci il tarixinədək elan ediləcək.
Qeyd: Məqalələrdə orfoqrafik və üslubi səhvlərə ciddi diqqət yetiriləcək;
Məqalələrin məzmunu mövzunun adına uyğun olmalı, internet resursları və digər mənbələrdən köçürmə halı olmamalıdır;
Məqalələr elektron (sdu.musabiqe@gmail.com) və çap variantlarında təqdim edilməlidir;
Təşkilat komitəsi təqdim olunan məqalələrin yoxlanma üsulunun seçilməsi hüququnu özündə saxlayır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az