Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Macarıstanda təqaüd proqramı
Macarıstanda təqaüd proqramı
Keçən il olduğu kimi, Macarıstan Höküməti 2016/2017-ci akademik il üzrə Stipendium Hungericup Scholarship proqramına start vermişdir. Proqrama əsasən Azərbaycandan olan 200 tələbə Macarıstanda təqaüd hesabına təhsil ala bilərlər. Təqaüd aşağıdaki müddəaları əhatə edir:
- təhsil haqqının ödənilməsindən azadolma;
- Macarıstan qanunverciliyinə müvafiq aylıq vəsait;
-yaşayış yeri və ya bütün təqaüd müddəti dövründə 30.000 HUF yaşayış xərcləri aylıq töhfə;
- Macarıstan qanunverciliyinə uyğun olaraq müvafiq tibbi xidmət və əlavə tibbi sığorta; 
İştirak etmək istəyənlər yalnız online vasitəsilə http://www.tka.hu/international-programmes/2966/stipendium-hungaricum saytından martin 16 –na qədər ərizələrini təqdim edə bilərlər.
Nəzərə alın ki, proqramda yalnız ərizələri Göndərilən Tərəf kimi təşəbbüs göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəklədiyi tələbələr və ya ərizəçilər iştirak edə bilər. Beləliklə, ərizəçilər eyni zamanda Nazirliyə də online şəkildə ərizə təqdim etməlidirlər.
Ərizəçilər ətraflı məlumatı www.tka.hu/international-programmes/2966/stipendium-hungaricum/ və edu.gov.az/az/page/9/11947 saytında tapa bilərlər. 
Təhsil Bölməsi
Macarıstan Səfirliyi
BAKI şəhəri
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az