Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə müvafiq olaraq Sumqayıt Dövlət Universitetinin tələbə və magistrları arasında “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda rəsmmüsabiqəsi elan edilir. Müsabiqədə iştirak etmək istəyənlər öz əsərlərini nasimimusabiqesisdu@gmail.com elektron ünvanına və ya Filologiya fakültəsinə təqdim edə bilərlər. Müsabiqəyə təqdim edilən əsərlər aşağıda göstərilən tələblərə cavab verməlidir:
Rəsm əsəri və illüstrasiyaların işlənmə texnikası sərbəstdir;
Əsər yalnız A2, A3 və A4 formatda, qrafika, sulu və yağlı boya, quaş ilə işlənib təqdim edilməlidir. Digər formatda təqdim edilən rəsm əsəri və illüstrasiyalar qəbul olunmayacaqdır;
Rəsm işləri və illüstrasiyalar çərçivəyə alınmalı və təqdim olunan işlərə müəllifin adı, soyadı, atasının adı, fakültəsi, kursu və qrupu yazılmış etiketlər əlavə olunmalıdır. Etiket “Arial” şrifti ilə 14 ölçüdə yazılmalıdır. Etiket 5x8 sm ölçüdə olmalıdır, əlavə olaraq müəllifin ünvanı və telefonu da qeyd edilməlidir;
Aşağıda göstərilən hallarda rəsm əsəri və illüstrasiya müsabiqəyə buraxılmır:
rəsm əsəri və illüstrasiya müsabiqənin tərtib tələblərinə cavab vermədikdə;
tam və ya qismən digər şəxslərin ideyasını təkrar etdikdə (plagiat);
ərizədə göstərilən şəxs iştirak tələblərinə cavab vermədikdə.
Müsabiqqəyə təqdim edilən sənədlər geri qaytarılmır, onlarla bağlı izahat verilmir.
Müsabiqə iştirakçısı Təşkilat Komitəsinə təqdim etdiyi rəsm əsəri və illüstrasiyanın dərc və nümayiş etdirilməsinə, tətbiq edilməsinə razılıq verir o şərtlə ki, onun müəllifliyi hər istifadədə qeyd edilsin.
Müsabiqənin qaliblərini mükafat gözləyir.
Əsərlər 10 0ktyabr 2019-cu tarixinədək qəbul olunur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az