Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu prosesi ilə əlaqədar seminar keçiriləcək
 
Dekabrın 21-də saat 12:00-da Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Sumqayıt Dövlət Universitetinin əsas tədris binasında maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar həyata keçiriləcək. Seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir. Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılacaq, təqdimat nümayiş etdiriləcək və tələbələrin sualları cavablandırılacaqdır.
Həmçinin müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumat veriləcək və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunacaqdır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az