Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elmi hissə
Elmi hissə
1.Azərbaycan Rerspublikası Prezidentinin 22 may 2009-cu il tarixli, 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın həyata keçirilməsini, Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi” barədə 10 fevral 2010-cu il tarixli, 220 nömrəli Fərmanına Sumqayıt Dövlət Universitetinin rektorunun 19.05.2014-cü il tarixli  R01-26/1 əmrinə əsasən Patent şöbəsinin bazasında Elmi hissə yaradıldı. “Elmi Xəbərlər” jurnalı, patent və elmi texniki işlər, elmi-tədqiqat işləri və ixtisasartırma üzrə məsul şəxslər təyin edilsin.
Sumqayıt Dövlət Universitetinin rektorunun 13.06.2014-cü il tarixli  K02-167/2 əmrinə əsasən İnformasiya və kompüter texnikası kafedrasının dosenti Namazov Anar Müseyib oğlu 11.06.2014-cü il tarixində Elmi hissəyə müdir vəzifəsinə təyin olunmuşdur. Sumqayıt Dövlət Universitetinin rektorunun 19.10.2016-cı il tarixli, K-120/2 saylı əmrinə əsasən İnformasiya və kompüter texnikası kafedrasının dosenti  Mənsurov Qadir Məmməd oğlu 19.10.2016- cı il tarixində Elmi hissənin müdiri vəzifəsinə təyin edilmişdir. Sumqayıt Dövlət Universitetinin rektorunun 11.09.2017-ci il tarixli, K-91/2 əmrinə əsasən  Fizika və elektroenergetika fakültəsi Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Orucov Samir Kamal oğlu 11.09.17-ci il tarixində  Elmi hissəyə müdir təyin olunmuşdur.
2. Elmi hissədə 1 dosent, 2 baş metodist fəaliyyət göstərir.
3. Elmi hissənin əməkdaşları:
Elmi hissənin müdiri − dos. Orucov Samir Kamal oğlu
Baş metodist – Şahverdiyeva Sevda Sakit qızı
Baş metodist – Məmmədova Şəfaqət Telman qızı
4. Elmi hissədə 1 dissertant elmi işlə məşğul olur.
1.Ümumi müddəalar:
1.1.Elmi hissə Sumqayıt Dövlət Universitetinin stuktur bölməsidir. Elmi hissə elmi-tədqiqat işlərinin planlaşdırılmasını, yerinə yetirilməsini, nəticələrinin istehsalatda və tədris prosesində tətbiq edilməsi haqqında hesabatların tərtib olunmasını, müzakirədən keçirilməsini, əməkdaşların elmi yaradıcılığının tədris-tərbiyə işləri ilə əlaqələndirilməsini təşkil edir.
1.2.Elmi hissə öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, Nazirlər Kabinetinin qərarlarına, Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarına, Sumqayıt Dövlət Universitetinin nizamnaməsinə, Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə  və bu əsasnaməyə uyğun həyata keçirir.
1.3.Elmi hissənin ştat cədvəli Elm və innovasiyalar üzrə prorektorun təqdimatı əsasında rektor tərəfindən təsdiq edilir.
1.4.Elmi hissənin fəaliyyətinə rəhbərlik bilavasitə Elm və innovasiyalar üzrə prorektor tərəfindən həyata keçirilir.
2.Elmi hissənin vəzifələri
2.1.Elmi hissənin əsas vəzifələri aşağıdakılardır:
2.2.Sumqayıt Dövlət Universitetinin elmi istiqamətlərini formalaşdırmaq üçün kafedralardan və laboratoriyalardan təkliflərin toplanması və müzakirə üçün Elmi Şuraya təqdim olunması;
2.3.Sumqayıt Dövlət Universitetinin elmi istiqamətlərinə uyğun gələn, Azərbaycan Respublikasının iqtisadi və elmi potensialının inkişaf etdirilməsi baxımından nəzəri və praktiki əhəmiyyət kəsb edən, Azərbaycan Respublikasının sosial, iqtisadi inkişaf perspektivlərindən irəli gələn mühüm elmi-tədqiqat işlərinin daxil edilməsi üzrə təkliflərin toplanması;
2.4.Xarici ölkələrin təhsil və elm mərkəzləri ilə birgə elmi-tədqiqat işlərinin aparılması proqramlarında iştirak etmək üçün təkliflərin toplanması və müzakirəyə çıxarılması;
2.5.Başa çatmış elmi-tədqiqat işlərinin ümumiləşdirilərək təbiət, texniki, ictimai və humanitar elmlər sahəsində əldə edilmiş mühüm nəticələr haqqında illik məcmuələrin hazırlanması;
2.6.Yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında illik hesabatlarının hazırlanması;
2.7.Xalq təsərrüfatı sahələrində vacib olan elmi-tədqiqat işlərinin nəticələrindən istehsalatda istifadə edilməsi üzrə müvafiq təkliflərin hazırlanması;
2.8.Elm və tədris mərkəzləri ilə elmi-texniki əməkdaşlıq haqqında müqavilələrin bağlanmasına universitetinin öz üzərinə götürdüyü öhdəliklərin müvafiq struktur bölmələri tərəfindən vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
2.9.Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi prosesində əldə edilən mühüm nəticələrin tədris prosesində və istehsalatda tətbiq olunması formalarının, metodlarının təkmilləşdirilməsi haqqında təkliflərin hazırlanması;
2.10.Yeni texnika və texnologiyanın işlənməsi,  istehsalatda tətbiq olunması haqqında sifarişçi təşkilatlardan daxil olan təkliflərin toplanılması, təsərrüfat müqavilələrinin bağlanması üçün müvafiq hazırlıq işlərinin görülməsi;
2.11.Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin dövlət qeydiyyatına alınması başa çatdırılmış elmi-tədqiqat işlərinin hesabatlarının müvafiq qaydada hazırlanmasının təşkili:
2.12.Professor-müəllim heyətinin, mühəndis-texniki işçilərin, elmi dərəcələri iddiaçıların, maqistrantların və tələbələrin Sumqayıt Dövlət Universitetindən kənarda keçirilməsi planlaşdırılan elmi forumlar haqqında məlumatlarla tanış olmasının və əməkdaşların bu forumlarda iştirak etməsinin təşkili;
2.13.Sumqayıt Dövlət Universitetinin tələbələrinin və magistrantlarının elmi fəaliyyətə cəlb edilməsinin gücləndirilməsinə yönəldilən tədbirlərin hazırlanması;
2.14.Sumqayıt Dövlət Universitetində aktual mövzulara həsr olunmuş konfrans materiallarının, elmi topluların, nəşrə hazırlanmasının və yayılmasının təşkil edilməsi;
2.15.Sumqayıt Dövlət Universitetinin müxtəlif istiqamətlər üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyəti olan, aktuallığı ilə seçilən elmi-texniki problemlərin həllinə həsr olunmuş ənənəvi tələbə və maqistrant, elmi dərəcəli iddiaçıların və mütəxəssislərin elmi-texniki konfranslarının təşkil edilməsi;
2.16.Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının ixtiralarının patentləşdirilməsi üzrə müvafiq müəlliflik hüququnu təsdiq edən rəsmi sənədləşmələrin aparılması;
2.17.Respublikada keçirilən kütləvi və elmi tədbirlərdə iştirak etmək, ixtiraçılıq məsələləri üzrə əlaqədar respublika orqanlarında universiteti təmsil etmək;
2.18.İdarə və müəssisələrin ixtiraçılıq, patent-lisenziya, elmi-tədqiqatların tətbiqi mexanizmi yolları barədə müsbət təcrübələrin öyrənilib istifadə edilməsi;
2.19.Elmi-tədqiqat bölməsinin quruluşunun təkmilləşdirilməsi, tədqiqat laboratoriyalarının elmi istiqamətlərinin və adının dəyişdirilməsi, yeni elmi-tədqiqat laboratoriyalarının yaradılması, ləğv edilməsi haqqında təkliflərin toplanması və Elmi Şuraya təqdim olunması;
2.20.Çap etdirilməsi nəzərdə tutulan elmi-tədqiqat materiallarının qeydə alınması, patentləşdirilməsi və ekspertizadan keçirilməsinin təşkili;
2.21.Ixtiraların patentləşdirilməsi ilə əlaqədar müəlliflərə məsləhətlərin, metodiki göstərişlərin verilməsi;
2.22.Patent almaq üçün lazım olan hüquqi sənədlərin və ixtira materiallarının hazırlanması və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunması;
2.23. Tələbə Elmi cəmiyyəti ilə birlikdə, tələbələrin olimpiadalarda və digər tədbirlərdə iştirakı;
2.24.Universitetin nəşri olan “Elmi Xəbərlər” jurnalı üçün materialların toplanılması, ekspertizanın aparılması və nəşrə hazırlanması;
2.25.Elmi-tədqiqat laboratoriyalarında daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarətin təşkili.
Bu əsasnaməyə olan bütün dəyişikliklər və əlavələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılır.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az