Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Layihələrin idarə olunması şöbəsi
Layihələrin idarə olunması şöbəsi
         Layihələrin idarə olunması şöbəsi universitetin strateji hədəflərinə uyğun olaraq müstəqil şəkildə və eləcə də digər ali təhsil müəssisələri, hökumət və qeyri-hökumət təşkilatları, yerli və beynəlxalq təşkilat və şirkətlər ilə müxtəlif layihələrin vaxtında, büdcə daxilində və ən yüksək keyfiyyət standartlarına uyğun tamamlanmasına nəzarət edir.Şöbə müvafiq proseslərin standartlaşdırılması, ən yaxşı təcrübələrin tətbiq olunması və maraqlı tərəflər arasında kommunikasiya və əməkdaşlığı gücləndirməklə, universitet daxilində səmərəli və effektiv layihə nəticələrini təmin edir. Şöbənin koordinasiya etdiyi təşəbbüslərə Sabah.Academy, Code Academy, SABAH Magistratura proqramları, ERASMUS+ layihələri, ADNSU, UNEC, Xəzər Universiteti və bir sıra digər ali təhsil müəssisələri və təşkilatlarla həyata keçirilən layihə və tədbirlər daxildir. Şöbə tərəfindən, həmçinin universitetin beynəlxalq reytinqlərdə iştirakının təmin olunması istiqamətlərində fəaliyyətlər həyata keçirilir.
         Şöbəyə Həbibə Mirhəbib qızı Nəzirova rəhbərlik edir. O, 2017-ci ildə bakalavr təhsilini Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarında Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisası üzrə tamamlamışdır. 2021-ci ildə ADA Universitetinin “Təhsilin idarə olunması” üzrə magistr proqramını fərqlənmə ilə bitirmişdir. 2015-ci ildən etibarən ümumi və xüsusi məqsədlər üçün ingilis dili, akademik yazı üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2021-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Layihələrin idarə olunması şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri vəzifəsini icra edən kimi çalışmışdır. BMT-nin Uşaq Fondu, BMT-nin Əhali Fondu kimi bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif prioritet mövzular üzrə təhsil layihələrini idarə etmişdir. Ali təhsil, inklüziv təhsil, təhsildə gender bərabərliyi, müəllim hazırlığı və inkişafı mövzularına aid nəşrlərin müəllifi, həmmüəllifi və rəyçisidir.         
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az