Vakansiya
Tədris texnologiyalarının inkişafı bölməsi vakansiya elan edir.
Bölmənin əsas fəaliyyət istiqamətləri SDU-da tədris prosesinə müasir innovativ texnologiyaların tətbiqi, elektron sistemin tədris ilə əlaqəli istiqamətlərinin formalaşdırılmasında iştirak, yeni texnologiyaların tətbiqi metodlarının öyrədilməsi istiqamətində xidmətlər göstərməkdir.
Namizədə tələblər:
· Yaş həddi: 20-45
· IT texnologiyaları və sistemləri ilə işləmək bacarıqları
· Analitik və tənqidi təfəkkür bacarığı
· Komanda ilə birgə işləmək, iş mühitinə uyğunlaşmaq bacarığı yüksək, öyrənməyə-yeniliyə və peşəkar inkişafa açıqlıq
· Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı
· İngilis dili bacarıqları
Müsabiqədə iştirak etmək üçün qeyd olunan tələblərə uyğun şəxslərdən 06.01.2025-ci il tarixinədək CV-lərini hr@sdu.edu.az elektron poçt ünvanına “Tədris texnologiyalarının inkişafı bölməsi mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
Qeyd: yalnız ən uyğun namizədlər müsahibəyə dəvət olunacaq.