Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Vakansiya
Vakansiya
 Bildirmək istərdik ki, Keyfiyyət təminatı və strategiya şöbəsi Mütəxəssis vəzifəsi üçün vakansiyası elan edir.

İşin təsviri:
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun nəzərdə tutulmuş tədbirləri (akademik və inzibati heyətin peşəkar inkişafına yönəlmiş təlimlər, görüşlər və s.) təşkil etmək;
• Universitetdə təqdim edilən xidmətlərin keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə müxtəlif məzmunlu sorğular təşkil etmək (ədəbiyyat təhlili əsasında sorğuların məzmununun hazırlanması, dataların toplanması, təhlili, hesabatların hazırlanması, nəticələrin vizuallaşdırılması və s.);
• Keçirilmiş sorğular əsasında analitik təhlillər hazırlamaq;
• Monitorinq və qiymətləndirmə prosesinə dair fəaliyyətləri (hesabatların toplanması, nəzarət edilməsi, əks-əlaqənin qurulması və s.) icra etmək;
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq sənədləşmə işlərini aparmaq;
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Vəzifəyə qoyulan tələblər:
• Ali təhsil (magistratura təhsili)
• Keyfiyyət təminatı sahəsində ən az 1 il iş təcrübəsinə sahib olmaq;
Tələb olunan bacarıqlar:
• İKT bacarıqları (Microsoft Office proqramlarını irəli səviyyədə bilmək, datanın statistik təhlilini aparmaq)
• Xarici dil bilikləri (ən az orta səviyyədə ingilis dili, əlavə xarici dil bilmək üstünlükdür);
• Tədqiqat bacarığı;
• Yüksək kommunikativ bacarıqlar;
• Komanda ilə işləmə bacarığı;
• Vaxtı idarəetmə bacarığı;
• Təşəbbüskarlıq bacarığı;
• Problem həll etmə bacarığı.
Tələblərə uyğun namizədlər CV-lərini hr@sdu.edu.az elektron poçt ünvanına göndərə bilər. Mövzu hissəsində "KTSŞ – mütəxəssis" yazmağınız xahiş olunur.

Qeyd: yalnız ən uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

Son müraciət tarixi: 27.12.2024
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az