Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Vakansiya: Kadr hazırlığı üzrə mütəxəssis
Vakansiya: Kadr hazırlığı üzrə mütəxəssis

Müəssisə: Sumqayıt Dövlət Universiteti
Struktur bölmə: İnsan Kapitalının İdarə Edilməsi Mərkəzi
Vəzifə adı: Kadr hazırlığı üzrə mütəxəssis
Əmək haqqı: Müsahibə əsasında
İş qrafiki: həftənin I-V günləri, saat 08:30-dan 17:30-dək
İş yeri: Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küç.1


Əsas Vəzifələr:
• Universitetin kadr hazırlığı siyasətinin həyata keçirilməsi;
• Akademik və inzibati heyətin peşəkar inkişafının təmin olunması;
• Təlim və inkişaf proqramlarının hazırlanması və tətbiqi;
• Kadrların qiymətləndirilməsi və inkişafına dair müvafiq sənədləşmələrin aparılması;
• Universitetin müxtəlif strukturlarının təlim ehtiyaclarının təhlili və müvafiq təlim proqramlarının hazırlanması;
• Təlim materiallarının hazırlanması və təqdim edilməsi;
• Təlim nəticələrinin izlənməsi və təkmilləşdirmə təkliflərinin verilməsi.


Tələblər:
• Ali təhsil (insan resursları, idarəetmə və ya müvafiq sahədə);
• İnsan resursları sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Mükəmməl ünsiyyət və təqdimat bacarıqları;
• Təlim proqramlarının hazırlanması və tətbiqi üzrə təcrübə;
• Analitik düşünmə və problem həll etmə bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Kompüter bilikləri (“MS Office”, təlim idarəetmə sistemləri üzrə biliklər üstünlükdür);
• Azərbaycan dilini səlis bilmək (İngilis dili və Rus dili bilikləri üstünlükdür).


Təklif Edirik:
• Peşəkar inkişaf üçün mühit;
• Komanda ilə əməkdaşlıq imkanları;
• Sərbəst qərar qəbul etmək üçün geniş səlahiyyətlər;
• Əmək qanunvericiliyinə uyğun rəqabətli əmək haqqı və sosial təminatlar.

Tələblərə uyğun namizədlər CV-lərini hr@sdu.edu.az elektron poçt ünvanına göndərə bilər. Mövzu hissəsində "Kadr Hazırlığı Üzrə Mütəxəssis" yazmağınız xahiş olunur.

Son müraciət tarixi: 10.09.2024

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az