Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ABŞ-nin Fullbright ETA proqramı üzrə SDU-da fəaliyyət göstərəcək Daniel Rosenblum ilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 23 Sentyabr 2024 16:40
ABŞ-nin Fullbright ETA proqramı üzrə SDU-da fəaliyyət göstərəcək Daniel Rosenblum ilə görüş keçirilib

ABŞ-nin Fullbright ETA proqramı çərçivəsində Sumqayıt Dövlət Universitetində ingilis dili üzrə müəllim köməkçisi kimi fəaliyyət göstərəcək Daniel Rosenblum ilə görüş keçirilib.
Görüş zamanı müəllim köməkçisinin universitetdə fəaliyyətləri barədə ətraflı müzakirələr aparılıb. Daniel Rosenblum universitetin tələbələrinin və professor-müəllim heyətinin ingilis dili bacarıqlarının təkmilləşdirilməsinə dəstək verəcəyini vurğulayıb və universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Fulbrayt ETA proqramı ABŞ vətəndaşı olan universitet məzunlarını və gənc mütəxəssisləri seçilmiş ali təhsil müəssisələrində ingilis dili müəllimlərinə dərslərində dəstək olmaq və müxtəlif dərsdənkənar fəaliyyətlərdə iştirak etmək məqsədilə yerləşdirir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az