Magistr üzrə təcrübə imkanları
Elmi-tədqiqat təcrübəsi magistr proqramının mühüm tərkib hissəsi kimi kadrların keyfiyyət hazırlığının başlıca amillərindən biri kimi çıxış edir. O, müasir tələblər səviyyəsində elmi-tədqiqat prosesinin təşəkkül və reallaşması istiqamətində magistrantların aldıqları elmi-nəzəri bilikləri təcrübi səriştə və vərdişlərlə zənginləşdirərək geniş elmi fəaliyyət sferasında möhkəmləndirilməsi, magistr dissertasiyasının elmi-metodiki tələblər səviyyəsində yerinə yetirilməsinə kömək mahiyyətini ifadə edir. Elmi-tədqiqat təcrübəsi mgistrantlara elmi-tədqiqat işlərinin yerinə yetrilməsinin əsas üsullarını öyrətmək, dissertasiya işi üçün eksperimental xarakterli material toplamaq, onlarda maqistr proqramına uyğun seçdikləri ixtisas üzrə peşəkarlıq səriştəsi formalaşdırmaq məqsədi daşıyır. Elmi-tədqiqat təcrübəsi aşağıdakı vəzifələri yerinə yetirir:
- müasir elmi-tədqiqat metodologiyası və yaradıcılıq texnologiyaları haqqında magistrantların biliklərinin kamilləşdirilməsi;
- elmi-analitik informasiyaların seçimi, təhlili və emalının mütərəqqi metodlarının magistrantlara çatdırıması;
- referat nəşrləri ilə işləmək və dissertasiyasının mövzusu üzrə biblioqrafiyanın tərtibi;
- elmi-praktiki konfranslarda, məqalələr toplusunun hazırlanmasında əyani iştirak, testlərin cavablandırılması və məruzələrlə çıxışlar;
- təcrübə zamanı əldə edilmiş eksperimental nəticələrin elmi-yaradıcılıq fəaliyyətində və magistr dissertasiyasının yazılışında məqsədyönlü istifadə olunması;
- magistrantların müstəqil elmi fəaliyyət bacarıqının təkmilləşdirməsi, onlara şəxsi yaradıcılıq keyfiyyətlərinin 6 formalaşdırılması istiqamətində özünütəhsil və özünütəkmilləşdirmə vərdişlərinin aşılanması;
Elmi-tədqiqat təcrübəsinin məzmununu qarşılıqlı təmas və ümumi vəhdətdə elmilik, oxşar fənlərlə əlaqəlik, kreativlik, magistrantların elmi maraqlarının uçotu kimi təməl prinsipləri təşkil edir.
Elmi-pedaqoji təcrübə magistr proqramının mühüm tərkib hissəsi olaraq gələcək magistrların elmi-pedaqoji fəaliyyətlərini zəruri elmi-praktiki bilik, müvafiq səriştə və bacarıq aşılama ilə zənginləşdirilməsini təmin edən təhsil prosesinin məcburi formalarından biridir. Keçrilən təcrübənin prinsipial cəhətini onun, həm elmi və həm də tədris tərkibli olması səciyyələndirir. Bu mahiyyətdən irəli gələrək hər iki istiqamət üzrə fəaliyyət onun yekun hesabatında əks olunur. Elmi-pedaqoji təcrübənin əsas məqsədi aşağıdakılardan ibarətdir:
- magistrantları fənnlərin tədrisinin fəaliyyət xüsüsiyyətləri ilə tanış etmək və onlarda pedaqoji funksiyaların yerinə yetrilmə bacarığını formalaşmaq;
- magistrantların psixoloji-pedaqoji sahədə biliklərini möhkəmləndirmək, onlara müvafiq məsələlərin həllində yaradıcı yanaşma bacarığı aşılamaq;
- magistrantlarda seçilmiş ixtisas istiqamətində peşəkarlıq biliklərini formalaşdırmaq və inkişaf etdirmək;
- magistrantların tədris prosesində alınmış nəzəri biliklərini təcrübi vərdişlərlə möhkəmləndirmək;
Elmi-pedaqoji təcrübənin nəticələri magistr dissertasiyasının yerinə yetrilməsində istifadə oluna bilər.