Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Folklorşünaslıq
Folklorşünaslıq
Təhsil Nazirliyinin 09.08.2001-ci il 891№li və SDU-nun rektorunun 14.08.2001-ci il 265/06 saylı əmrinə əsasən Folklorşünaslıq elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. ETL-in 2001‒2012-ci illərdə rəhbəri ped.e.n. Şamxəlil Məmmədov olmuşdur. 2014-cü ildən isə filologiya elmləri doktoru, prof. Aslan Bayramov laboratoriyaya rəhbərlik edir.
ETL-də 1 professor, 1elmi işçi, 1 kiçik elmi işçi və 2 baş laborant çalışır.
Professor Bayramov Aslan Əhmədxan oğlu ‒ ETL-in müdiri 
Quluyeva Şeyda İsa qızı ‒ elmi işçi, dissertant
İsgəndərov Balakişi Atakişi oğlu ‒ müəllim, kiçik elmi işçi, dissertant
Babayeva Aynurə Nizami qızı – baş laborant, doktorant
Rahtari Mahirə Famil qızı – baş laborant, dissertant
ETL-də 3 dissertant, 1 doktorant elmi işlə məşğul olur.
Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi istiqamətləri: 
1) Azərbaycan folklorundakı epik janrların poetikası
2) “Kitabi-Dədə Qorqud” bədii yaradıcılıqda əbədi və zəngin qaynaq kimi
3) Folklor örnəklərində işlənən onomastik vahidlər və onların üslubi imkanları
4) Aşıq yaradıcılığının bəzi problemləri
5) Mifoloji düşüncədə ağac, su, dağ, quş və at kultları
6)  Folklor motivlərinin yazılı ədəbiyyatda inikası
7) Ozan-aşıq şeirində təsəvvüf
8) Qarabağ folklorunun tədqiqi
9) Azərbaycan folklorunda yurd həsrəti və şəhidlik mövzusu
10) Ədəbiyyat dərslərində diyarşünaslıq məsələləri
ETL-in son illərdəki əsas elmi nəşrləri:
1) Mahmud Kaşğarinin “Divanü-lüğat-it türk” əsəri, Ağbaba şivəsi və atalar sözləri
2) Azərbaycan folkloru örnəklərində dialekt və şivə sözləri (bayatı və atalar sözləri əsasında)
3) Qərbi Azərbaycan folklor mühitində yayılmış arxaik janrların “Kitabi-Dədə Qorqud”  dastanı ilə müqayisəsi
4) Ağbaba şivəsində atalar sözləri və deyimlər
5) Əmin Abidin folklorşünaslıq fəaliyyəti
6) Ədəbi diyarşünaslıq üzrə sinifdənxaric işlərin metodları, forma və növləri
7) Görkəmli insanların folklor haqqında fikirləri
8) Göyçə aşıq poeziyasında arxaik janrların inikası. Qarğışlar (II məqalə)
9) “Dədə Qorqud” dastanında işlənmiş bəzi məcazlar haqqında
10) Geyim və bəzək adlarının bayatılarda əks olunması
11) Andların janr səciyyəsi
12) Azərbaycan folklorunda xalq oyunları
13) Ana kitabımız – “Dədə Qorqud”. Elmi konfransın materialları (2014)
14) Cənubi Azərbaycan folklor mühitində lirik janrların bəzi xüsusiyyətləri
15) Türk ellərində Dədə Qorqud müdriklik simvolu kimi
16) Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər.
17) Geyim və bəzək əşyaları adlarının bayatılarda əks olunması.
18) Azərbaycan onomastikası, Bakı: “AM (965)” MMC, 2015, 319 s. (Dərs vəsaiti)
19) Ozan-aşıq sənətində təsəvvüf
20) M.Kaşğarinin “Divan”ı və Ağbaba şivəsi
21) Mikayıl Müşfiqin yaradıcılığında folklor motivləri 
22) Ağbaba şivəsi sözlüyü, Sumqayıt: “AM (965)” MMC, 2014, 278 s.
23) El şairi B. Xəlilzadənin “Ağbaba nəğmələri” kitabı (Bakı, 2017) çap edilmişdir.
24) Tarixi faciələrimiz: deportasiya, repressiya və soyqırımı. Bakı, “AM (965)” MMC, 2015, 416 s. 
25) Oğuz elinin söz çələngi: Ağbaba folkloru. Bakı, Zəka Print MMC, 2017, 568 səh.
26) AXC ‒ 100. Milli istiqlalımızın tərənnümçüsü – Əhməd Cavad
27) Mustafa Çəmənli yaradıcılığında folklor motivləri 
28) Yazılı ədəbiyyatda uşaq nağılları 
29) Azərbaycan tapmacalarının mənşəyi 
30) Ağılarda ölümə qarşı etiraz
31) Bədii ədəbiyyatda azərbaycançılıq ideyaları
32) Məmməd Aslan poeziyasına xalq yaradıcılığı ənənələrinin təsiri 
33) Pir Sultan yaradıcılığında təsəvvüf
34) Aşıq Ələsgər və Qaracaoğlan 
35) Mofoloji düşüncədə kultlar və s.
36) Qərbi Azərbaycanın Ağbaba, Şörəyel bölgələrində Novruz bayramı
37) Tərtər folklorunun regional xüsusiyyətləri
38) Uşaq folklorunun poetikası (laylalar,oxşamalar, sanamalar)
39) Etnik kodumuz – Şuşa şəhərini yaşadan adlarımız
40) Azərbaycan dili dərslərində şagirdlərin müstəqil işləri 
41) M.Çəmənlinin “Yaddaş” povestində Səlimovun mənəvi-əxlaqi deqredasiyası
42) Məmməd Aslanın uşaq şeirlərində mənəvi-əxlaqi dəyərlərin inikası
43) Krım türklərinin deportasiyası və ortaq etnik kodumuz sayılan toponimlərin soyqırımı (oykonimlər)
44) Krım türklərinin deportasiyası və ortaq etnik kodumuz sayılan toponimlərin soyqırımı (oronim və hidronimlər)
45) N.Gəncəvinin “İskəndərnamə” poemasındakı bəzi tarixi Azərbaycan topo-nimləri.
46) Elm fədaisi idi (Professor Buludxan Xəlilov – 50)
47) Azərbaycan Respublikasında multikultural dəyərlərin təzahürü
48) N.Gəncəvinin “İskəndərnamə” poemasında qıpçaq türkləri
49) Aşıq Ələsgər şeirlərində işlədilmiş onomastik vahidlər və onların üslubi poetik imkanları
50) Aşıq Ələsgər yaradıcılığında siyasi lirika
51) Azərbaycan və Anadolu aşıq poeziyasında oxşar motivlər
52) Milli istiqlalımızın tərənnümçüsü Əhməd Cavad - 130
53) Qrammatik anlayışların uşaq şeirlərində ifadəsi
54) Tərtərin folklor örnəkləri
55) Milli-mənəvi dəyərlərin Qarabağ folklorunda təcəssümü
56) El şairi Surxay Dəqiq
57) M.Aslanın uşaq şeirlərində bədii təsvir və ifadə vasitələri
58) Qarabağ probleminə M.Çəmənli yanaşması
59) Məhəbbət dastanlarında sufizm
60) Mustafa Çəmənli yaradıcılığında yeni qəhrəman axtarışı
61) Bədii sözün süzgəcindən keçən tarix (M.Çəmənlinin “Ölüm mələyi” tarixi romanının əsasında
62) Deportasiya, yurd həsrəti və şəhidlik mövzularının bayatılarımızda psixoloji layı
63) “Zəngəzur mahalının kameral təsviri”ndə oykonim və antroponimlər
64) Qarabağ folklorunda Azərbaycan məişətinin təsviri
65) Uşaq şeirlərinin tədrisində müəllimin bədii təsvir və ifadə vasitələrindən istifadə imkanları
66) Azərbaycan nağıllarında div obrazının mifik semantikası
67) Mənəvi-əxlaqi dəyərlərin Mustafa Çəmənli yaradıcılığında inikası (Dəhliz” və “İstək” hekayələri əsasında
68) Mustafa Çəmənli yaradıcılığında Qarabağ mövzusu
69) Hüseyn Cavid yaradıcılığında mifoloji motivlər
70) Azərbaycan və rus dillərinin oxşar fonetik struktur növləri
71) Azərbaycan dilinin ən məhsuldar ikihecalı fonetik struktur növləri
72) Milli-mənəvi dəyərlərimizin açarı (Beynəlxalq ana dili günü)
73) Azərbaycan və türk dillərindən başqa dillərə (gürcü, fars, bolqar, yunan) keçən sözlər və onların linqvistik xüsusiyyətləri
74) Qərbi Azərbaycanın Ağbaba, Şörəyel və Pənbək folklorunda əmək nəğmələri
75) Deportasiya, yurd həsrəti və şəhidlik mövzularının bayatılarımızda psixoloji layı
76) Dərələyəzin şivə və onomastik leksikası Həsən Mirzəyevin tədqiqatlarında
77) Azərbaycan qaravəllilərində ictimai mühitin tənqidi
78) Folklor İnstitutunun fəaliyyətinin əsas istiqamətləri
79) Tarixi roman janrının inkişafında “Xallı gürzə” əsərinin yeri
80) Azərbaycan mifoloji mətnlərində əyənin mifik mahiyyəti
81) XIX-XX əsr aşıq poeziyasında fonetik hadisələrin səciyyəsi
82) Milli mənəvi dəyərlərimizin təəssübkeşi və qayğıkeşi
83) Azərbaycan dilinin ən məhsuldar ikihecalı fonetik struktur növləri.
84) Ümumtürk folklorunda törəyiş dastanlarının anlamı
Elmi-tədqiqat laboratoriyası üzrə folklorşünaslığın müxtəlif istiqamətləri üzrə laboratoriya əməkdaşlarının 11 kitab (8-i dərs vəsaiti), 100-dən çox məqalə və elmi konfrans materialı, 1 monoqrafiyası çap olunmuşdur.
1. Məmmədov Ş.H. Azərbaycan folkloru (Dərs vəsaiti). Bakı: Ziya-Nurlan, 2008, 326 s.
2. Bayramov A.Ə. Tarixi faciələrimiz: Deportasiya, repressiya və soyqırımı (Dərs vəsaiti). Bakı: “AM965”MMC, 416 s.  
3. Bayramov A.Ə. Oğuz elinin söz çələngi: Ağbaba folkloru (Dərs vəsaiti). Bakı: Zəka Print, 2017, 566 s.
4. Bayramov A.Ə. Azərbaycan onomastikası (dərs vəsaiti). Bakı: AM-965, 2015, 317 s.
5. Ana kitabımız “Dədə Qorqud”. Məqalələr toplusu. SDU, 2015 (Ön sözün müəllifi və tərtibatçısı A.Ə.Bayramov)
6. El şairi Bəxtiyar Xəlilzadənin “Ağbaba nəğmələri” şeirlər kitabı. Bakı: Zəka Print, 2017, 122 s. (Tərtibatçı və redaktoru A.Ə.Bayramov)
7. Bayramov A.Ə., Bayramova A.A. Ağbaba şivəsi sözlüyü (Dərs vəsaiti). Sumqayıt: AM965, 2014, 280 s.
8. Bayramov A.Ə., Bayramova A.A. Azərbaycan dilinin Ağbaba şivəsi (Dərs vəsaiti). Bakı: Elm və təhsil, 2020, 628 s.
9. Quliyeva Ş.İ. Aşıq yaradıcılığında milli-mənəvi dəyərlər (Dərs vəsaiti). SDU, 2006, 110 s. 
10. El şairi Məmməd Salehin “Ömür vəfa qılsa” şeirlər kitabının tərtibi və nəşri (Ön sözün müəllifi və redaktoru: Ş.İ.Quliyeva)
11. Quluyeva Ş.İ. Görkəmli şəxsiyyətlər folklor haqqında (Dərs vəsaiti). Sumqayıt: SDU-nun redaksiya və nəşr işləri şöbəsi, 2019, 149 s.
ETL əməkdaşlarının AMEA-nın Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu və Folklor İnstitutu, ADPU-nun Filologiya fakültəsi və Folklorşünaslıq laboratoriyası, BDU-nun Filologiya fakültəsi və Azərbaycan Folkloru kafedrası, Axundov adına Dövlət Kitabxanası ilə əlaqələri vardır.
Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasında vaxtaşırı elmi seminarlar və yubiley tədbirləri keçirilmiş və mətbuatda bu barədə məlumatlar da verilmişdir: 
“Azərbaycan şifahi xalq yaradıcılığının tədqiqi, təbliği və tədrisi” mövzusunda Respublika elmi konfransı (2008)
M.Təhmasib folklorşünas alim kimi (2011)
“Kitabi-Dədə Qorqud”un alman dilinə tərcümə edilməsinin 200 illiyi haqqında elmi-nəzəri konfrans (2015)
S.Mümtazın anadan olmasının 135 illiyi ilə bağlı “Ədəbiyyat fədaisi” adlı dəyirmi masa (2019)
Aşıq Ələsgərin 200 illiyi ilə bağlı yubiley tədbiri (2021)
Yuxarıda göstərilənlərlə yanaşı, filologiya fakültəsində oxuyan tələbələrin iştirakı ilə folklor örnəkləri toplanaraq dəfələrlə universitet qəzeti və başqa nəşrlərdə dərc edilmişdir. TEC-in xətti ilə də tələbələrin elmi məqalələri dərc olunmuşdur. 
Respublikamızın ali təhsil müəssisələrində, eləcə də, SDU-da keçirilən beynəlxalq elmi konfranslarında laboratoriya əməkdaşları məqalələrlə çıxış etmişlər.
Prof. Bayramov Aslan Əhmədxan oğlu 1998-ci ildən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Anadan olmasının 60 iliyi münasibətilə 20 mart 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin 11/23 saylı əmri ilə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı, 2011-ci ildə İrəvan xanlığının tarixi və mədəniyyəti sahəsindəki araşdırmalarına görə Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin Fəxri diplomu, SDU-nun 50 illik yubileyi ilə əlaqədar olaraq 16.11.2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq SDU-nun rektorunun fəxri fərmanı ilə təltif olunmuşdur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az