Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tarix və coğrafiya | Azərbaycan və Şərqi Avropa xalqları tarixi
Azərbaycan və Şərqi Avropa xalqları tarixi
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 29.03.2017-ci il tarixli (06 saylı protokol) qərarına əsasən fakültələr üzrə aparılan struktur dəyişikliyinə görə Azərbaycan tarixi kafedrası Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası adı ilə fəaliyyət göstərir. Həmin dövrdən kafedraya tarix elmlər doktoru, professor Səlimov Şirxan Dadaş oğlu rəhbərlik edir.
Kafedrada 2 nəfər professor, 3 nəfər dosent, 1 nəfər tarix üzrə fəlsəfə doktoru, baş müəllim, 2 nəfər baş müəllim və 4 nəfər müəllim fəaliyyət göstərir.
1. T.e.d., prof. Səlimov Şirxan Dadaş oğlu (kafeda müdiri)
2. T.e.d., prof. Baxşəliyev Adil Baxşəli oğlu
3. Dosent  Məmmədov Rafail Yusuf oğlu
4. Dosent İsayev Əmirxan İsmayıl oğlu
5. Dosent Xəlilov Elmar Şirinbala oğlu
6. t.ü.f.d., b.m. Məhərrəmov Samir Qasım oğlu
7. B.m. Cəfərov Pərviz Tahir oğlu
8. B.m. Şamilova Aysel Məhəmməd qızı
9. Müəllim Kərimova Samirə Əkbər qızı
10. Müəllim Hacıyeva Məhbubə Camal qızı
11. Müəllim Hacımuradova Günay Əlican qızı
12. Müəllim Qasımbəyli Ceyhun Qüdrət oğlu
13. Laborant Mirzəyeva Kəmalə Kamal qızı
Kafedrada 4 nəfər doktorant fəlsəfə doktoru proqramı üzrə, 1 nəfər doktorant və 2 nəfər dissertant isə elmlər doktoru proqramı üzrə təhsil alır.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasında tədris olunan fənlərin siyahısı
Bakalavriat pilləsi üzrə:
1. Azərbaycan tarixi
2. Tarixşünaslıq
3. Azərbaycan tarixinin mənbəşünaslığı
4. Azərbaycan toponimikası
5. XX əsrin ictimai-siyasi prosesləri
6. Muzeyşünaslıq
7. Slavyan ölkələri tarixi
8. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
9. Azərbaycanın tarixi coğrafiyası
10. Azərbaycanın tarixi-siyasi coğrafiyası
11. Azərbaycanda ictimai-siyasi proseslər (XX əsr-XXI əsrin əvvəlləri)
Magistratura pilləsi üzrə:
1. Azərbaycan tarixinin farsdilli mənbələri  
2. Kitabi-Dədə Qorqud və tarix
3. Azərbaycanın qədim və orta əsrlər tarixinin tarixşünaslığı
4. Azərbaycanın qədim və orta əsrlər tarixinin mənbəşünaslığı
5. Səfəvi imperatorluğunun dövlətçilik idarəolunma sistemi
6. Azərbaycanın epik abidələrinin mənbəşünaslıq problemləri
7. Azərbaycan xalqının etnogenez problemləri tarixi ədəbiyyatda
8. Xanlıqlar, sultanlıqlar və Rusiya müstəmləkəçiliyi dövründə Azərbaycanda aqrar münasibətlər  
9. Ağqoyunlu və Səfəvilər dövlətlərinin Avropa dövlətləri ilə əlaqələri
10. Azərbaycan VII-XII əsrlərdə
11. Azərbaycanın yeni və ən yeni tarixinin mənbəşünaslığı   
12. Azərbaycan xalqının milli-azadlıq hərəkatı tarixi
13. Azərbaycanın yeni və ən yeni tarixinin tarixşünaslığı 
14. Azərbaycan Demokratik Respublikası 
15. Azərbaycanda kapitalizm tarixi problemləri
16. Azərbaycanın tarixi demoqrafiyası 
17. XIX-XX əsrlərdə mədəniyyət tarixi
18. Şəhər tarixi məsələləri 
19. Azərbaycan Respublikası müstəqillik yollarında
20. Heydər Əliyev və Azərbaycanın milli qurtuluşu
Kafedranıelmi istiqaməti. “Azərbaycanın dövlətçilik tarixi” mövzusu üzrə elmi tədqiqat işləri aparılır.
Kafedranın əməkdaşları tərəfindən son 5 ildə 57 elmi məqalə, 100-dən çox tezis, 43 fənn proqramı nəşr olunmuşdur.
Kafedra əməkdaşları AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun və Qafqazşünaslıq İnstitutlarının müxtəlif şöbələri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Gəncə Dövlət Universitetlərinin tarix kafedraları və Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrası ilə sıx əməkdaşlıq edir.
Mükafatlar.
Prof. Ş.D.Səlimov
Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən 2012-ci il 30 noyabr tarixli 11/1285 nömrəli əmri ilə səmərəli pedaqoji fəaliyyətinə görə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
21 noyabr 2016-cı ildə Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən Gənc nəslin təlim-tərbiyəsində Səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
09 oktyabr 2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar İttifaqı işində yaxından iştirakı və SDU-nun 55 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 noyabr tarixli 1584 nömrəli sərəncamı ilə Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2021-ci ildə Sumqayıt Dövlət Universitetinin “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə keçirilmiş müsabiqənin qalibi olaraq Diplomla təltif olunmuşdur.
Prof.A.B.Baxşəliyev
2002-ci il,  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.                                                                        
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Dosent R.Y.Məmmədov
29 sentyabr 2014-cü il, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsi tərəfindən gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri və Beynəlxalq müəllimlər günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
5 oktyabr 2018-ci il, Sumqayıt Dövlət Universiteti tərəfindən Səmərəli elmi-pedaqoji fəaliyətinə görə və 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
Dosent Ə.İ.İsayev
30 noyabr 2012-ci il, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Təhsilin inkişafındakı xidmətlərinə görə” və “Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə” Fəxri Fərmanla təltif olunmuşdur.
06 oktyabr 2017-ci il, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Səmərəli elmi-pedaqoji fəaliyəti, gənc nəslin tərbiyəsindəki uğurları və universitetin 55 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunmuşdur.
04 oktyabr 2019-cu il, Sumqayıt Dövlət Universiteti tərəfindən Səmərəli elmi-pedaqoji fəaliyətinə görə və 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
16 noyabr 2022-ci il, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3586 nömrəli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.
Dosent E.Ş.Xəlilov
5 oktyabr 2007-ci ildə Sumqayıt Dövlət Universiteti tərəfindən Təhsil işçilərinin peşə bayramı-Müəllimlər Günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.14 noyabr 2008-ci ildə Sumqayıt Dövlət Universiteti tərəfindən Universitetin ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.
18 noyabr 2008-ci ildə Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatı tərəfindən 2008-ci il Azərbaycan Respublikası Prezidentinin seçkilərində göstərdiyi fəallığa görə Fəxri Fərmanla təltif olunmuşdur.
5 oktyabr 2011-ci ildə Sumqayıt Dövlət Universiteti tərəfindən Pedaqoji fəaliyyətində qazandığı nailiyyətlərə görə “Müəllim Günü” münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
2012-ci ildə “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Təhsilin inkişafındakı xidmətinə görə” və “Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə” Fəxri Fərmanla təltif olunmuşdur.
29 dekabr 2016-cı ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən  Şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
09 oktyabr 2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar ittifaqı işində yaxından iştirakı və Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunmuşdur.
1 mart 2021-ci ildə ATİAHİ Respublika Komitəsi tərəfindən Həmkarlar İttifaqı hərəkatında xidmətinə görə “Yubiley döş nişanı” ilə təltif olunmuşdur.
16 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3586 nömrəli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.
20 fevral 2023-cü ildə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və şəhər təşkilatının yaradılmasının 30 illiyi münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur.
Baş müəllim S.Q. Məhərrəmov
13 fevral 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən “İlin peşəkar gənci” müsabiqəsində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.
18 noyabr 2022-ci ildə Sumqayıt Dövlət Universiteti tərəfindən Səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və universitetin 60 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
Baş müəllim P.T.Cəfərov
18 noyabr 2022-ci ildə Sumqayıt Dövlət Universiteti tərəfindən Səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və universitetin 60 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
Baş müəllim A.M.Şamilova
7mart 2024-cü il, Sumqayıt Dövlət Universiteti tərəfindən Səmərəli əmək fəaliyyətinə görə və 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
Müəllim G.Ə.Hacımuradova
08 dekabr 2017-ci ildə Sumqayıt Dövlət Universiteti tərəfindən Səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsindəki uğurlarına görə və Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunmuşdur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az