Folklorşünaslıq ETL
Təhsil Nazirliyinin 09.08.01-ci il 891№li və SDU-nun rektorunun 14.08.01-ci il 265/06 saylı əmrinə əsasən Folklorşünaslıq elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. ETL-ə 2001-2012-ci illərdə p.e.n. Şamxəlil Məmmədov, 2014-cü ildən isə filologiya elmləri doktoru, prof. Aslan Bayramov rəhbərlik edir.
ETL-də 1 professor, 1elmi işçi, 1 kiçik elmi işçi və baş laborant çalışır.
Professor Bayramov Aslan Əhmədxan oğlu ETL-in müdiri
Quluyeva Şeyda İsa qızı-müəllim, elmi işçi, dissertant
İsgəndərov Balakişi Atakişi oğlu - müəllim, kiçik elmi işçi, dissertant
Babayeva Aynurə Nizami qızı – baş laborant, doktorant
ETL-də 2 nəfər dissertant, 1 doktorant elmi işlə məşğul olur.
Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi istiqamətləri:
1. Azərbaycan folklorundakı epik janrların (and, alqış, qarğış, ofsun və s.) poetikası
2. XX əsr Azərbaycan folklorşünaslığı (Ə.Abid, M.Təhmasib, Ə.Axundov)
3. “Kitabi-Dədə Qorqud” bədii yaradıcılıqda əbədi və zəngin qaynaq kimi
4. Folklor örnəklərində işlənən onomastik vahidlər və onların üslubi imkanları
5. Aşıq yaradıcılığında sufizm
6. Mifoloji düşüncədə ağac, su, dağ, quş və at kultları
7. Folklor motivlərinin yazılı ədəbiyyatda inikası
ETL-in son illərdəki əsas elmi nəşrləri:
1. Mahmud Kaşğarinin “Divani lüğət-it türk” əsəri, Ağbaba şivəsi və atalar sözləri
2. Azərbaycan folkloru örnəklərində dialekt və şivə sözləri (bayatı və atalar sözləri əsasında)
3. Qərbi Azərbaycan folklor mühitində yayılmış arxaik janrların “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəsi
4. Ağbaba şivəsində atalar sözləri və deyimlər
5. Əmin Abidin folklorşünaslıq fəaliyyəti
6. Ədəbi diyarşünaslıq üzrə sinifdənxaric işlərin metodları, forma və növləri
7. Görkəmli insanların folklor haqqında fikirləri
8. Göyçə aşıq poeziyasında arxaik janrların inikası. Qarğışlar (II məqalə)
9. “Dədə Qorqud” dastanında işlənmiş bəzi məcazlar haqqında
10. Andların janr səciyyəsi
11. Azərbaycan folklorunda xalq oyunları
12. Ana kitabımız – Dədə Qorqud. Elmi konfransın materialları (2014)
13. Cənubi Azərbaycan folklor mühitində lirik janrların bəzi xüsusiyyətləri
14. Türk ellərində Dədə Qorqud müdriklik simvolu kimi
15. Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər.
16. Geyim və bəzək əşyaları adlarının bayatılarda əks olunması.
17. Azərbaycan onomastikası, (Dərs vəsaiti) Bakı: “AM (965)” MMC, 2015, 319 səh.
18. Ozan-aşıq sənətində təsəvvüf
19. M.Kaşğarinin “Divan”ı və Ağbaba şivəsi
20. Mikayıl Müşfiqin yaradıcılığında folklor motivləri
21. Ağbaba şivəsi sözlüyü, Sumqayıt, “AM (965)” MMC, 2014, 278 səh.
22. El şairi B. Xəlilzadənin “Ağbaba nəğmələri” kitabı (Bakı, 2017) çap edilmişdir.
23. Tarixi faciələrimiz: deportasiya, repressiya və soyqırımı. Bakı: “AM (965)” MMC, 2015, 416 səh.
24. Oğuz elinin söz çələngi: Ağbaba folkloru. Bakı, Zəka Print MMC, 2017, 568 səh.
25. AXC- 100. Milli istiqlalımızın tərənnümçüsü– Əhməd Cavad
26. Mustafa Çəmənli yaradıcılığında folklor motivləri
27. Yazılı ədəbiyyatda uşaq nağılları
28. Azərbaycan tapmacalarının mənşəyi
29. Ağılarda ölümə qarşı etiraz
30. Məmməd Aslan poeziyasına xalq yaradıcılığı ənənələrinin təsiri və s.
Elmi-tədqiqat laboratoriyası üzrə 6 kitab (4 dərs vəsaiti), 103 məqalə, 1 monoqrafiya çap olunmuşdur.
ETL əməkdaşlarının AMEA-nın Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu və Folklor İnstitutu, ADPU-nun Filologiya fakültəsi və Folklorşünaslıq laboratoriyası, BDU-nun Filologiya fakültəsi və Azərbaycan Folkloru kafedrası, Axundov adına Dövlət kitabxanası ilə əlaqələri vardır.
Prof. Bayramov Aslan Əhmədxan oğlu 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, anadan olmasının 60 iliyi münasibətilə 20 mart 2007-ci ildə Azərbaycan Respublikası Təhsil nazirinin 11/23 saylı əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 2011-ci ildə İrəvan xanlığının tarixi və mədəniyyəti sahəsindəki araşdırmalarına görə Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin Fəxri Diplomu, SDU-nun 50 illik yubileyi ilə əlaqədar olaraq 16.11.2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.