Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 11.07.2024-cü il tarixli (08 saylı protokol) qərarına əsasən fakültələr üzrə aparılan struktur dəyişikliyinə uyğun olaraq, Tarix və onun tədrisi metodikası kafedrası Coğrafiya və onun tədrisi metodikası kafedrası ilə birləşdirilərək Tarix, coğrafiya və metodika kafedrası adlandırılmışdır. Kafedraya dosent Məhərrəmova Sona Səbəddin qızı rəhbərlik edir.
Kafedrada 1 professor, 10 dosent, 3 nəfər fəlsəfə doktoru baş müəllim, 6 nəfər baş müəllim, həmçinin 3 nəfər müəllim, 3 nəfər tədris-köməkçi heyəti fəaliyyət göstərir.
Kafedranın tərkibi aşağıda göstərilən əməkdaşlardan ibarətdir:
Məhərrəmova Sona Səbəddin qızı – kafedra müdiri, 0.5 şt. dosent
Mərdanov İlham İldırım oğlu- c.e.d., professor
Abdullayeva Zoya Hamlet qızı- p.f.d., dosent
Kərimli Samir Səlim oğlu – t.f.d., dosent
Həsənov Yusifəli Lətif oğlu – t.f.d., dosent
Musayeva Mətanət Ağayar qızı- c.f.d., dosent
Məmmədova Samirə İsgəndər qızı- t.f.d., dosent
Yusifova Səbinə Nizami qızı- c.f.d., dosent
Əliyeva Leyla Elxan qızı – t.f.d., baş müəllim
Alməmmədli Məsud Gülalı oğlu -c.f.d., baş müəllim
Abdullayev Nofəl Mahmud oğlu- baş müəllim
İsmayılov Şamil Muxtar oğlu – baş müəllim
Əsədova Aytən Vaqif qızı- baş müəllim
Əhmədova Şəhla Müzəffər qızı ‒ baş müəllim
Süleymanlı Dilşad Qürbət qızı- baş müəllim
Rzayeva Gülnar Şəmşəddin qızı – baş müəllim
Cəlalzadə Bənövşə Mehdi qızı – müəllim
Babaşova Əfşan Ağazayid qızı- müəllim
Əhmədova Nərmin Mirzalı qızı- müəlllim
Məmmədov Ənvər Fəttah oğlu – 0.5 şt. dosent
Şəfiyeva Əfşan Heydər qızı – 0.5 şt. dosent
Əhmədov Rüstəm Vəli oğlu – 0.5 şt. dosent
Əzimova Aygün Səfər qızı – 0.5 şt. t.f.d., b.m.
Hüseynova Lalə İsmayıl qızı- böyük laborant
Mustafayeva Qismət Şahin qızı- böyük laborant
Babayeva Kəmalə Şakir qızı- laborant
Kafedrada 40 nəfər magistrant elmi-tədqiqat işi ilə məşğul olur.
Tədris olunan fənlər
Bakalavr pilləsi üzrə fənlər:
Amerika tarixi
Antik tarix
Antropologiya
Arxeologiya
Arxeologiya və etnoqrafiyanın əsasları
Arxivşünaslıq
Asiya və Afrika ölkələri tarixi
Avropa tarixi
Azərbaycanın fiziki coğrafiyası
Azərbaycanın iqtisadi coğrafiyası
Beynəlxalq münasibətlər tarixi
Biocoğrafiya
Coğrafiyanın tədqiqat üsulları
Coğrafiyanın tədrisi metodikası
Coğrafiyanın tədrisinin nəzəri əsasları
Dünya landşaftları və ekoloji problemlər
Dünya siyasi tarixi
Dünyanın iqtisadi və sosial coğrafiyası
Ekoloji kartoqrafiya və coğrafi infor. sistemləri
Etnoqrafiyanın əsasları
Əhali coğrafiyası
Fiziki və iqtisadi coğrafi rayonlaşdırma
Geologiya
Geormofologiya
Hidrologiya
İqlimşünaslıq
İqtisadi və sosial coğrafiyanın əsasları
Kartoqrafiya
Qafqaz xalqları tarixi
Qafqaz tarixi
Qədim dünya tarixi
Məsafədən zondn fiziki əsas
Müasir dünya tarixi
Neft-qaz quyularının geofiziki tədqiqatları
Orta əsrlər tarixi
Osmanlı tarixi
Regional fiziki coğrafiya
Regional iqtisadi coğrafiya
Siyasi coğrafiya
Şərq xalqları tarixi
Şərq tarixi
Tarix təliminin müasir innovativ texnologiyaları
Tarixə köməkçi fənlər
Tarixin tədrisi metodikası
Torpaq coğrafiyası
Türk xalqları tarixi
Türk xalqları və dövlətlərinin tarixi
Türkiyə tarixi
Yeni dövr tarixi
Magistratura pilləsi üzrə fənlər:
Azərbaycanda səhralaşma problemləri
Azərbaycanda sənaye coğrafiyasının müasir problemləri
Azərbaycanın daxili suları və onlardan istifadə
Azərbaycanın geomorfologiyası
Azərbaycanın sosial-iqtisadi coğrafiyası
Azərbaycanın təbiəti mühafizə problemləri
Azərbaycanın torpaq-bitki örtüyü və aqroiqlim ehtiyyatları
Coğrafiya tədrisi metodikasının tarixi və metodologiyası
Coğrafiya tədrisində diyarşünaslıq prinsipi
Coğrafiyanın öyrənilməsində ekoloji təhsil və tərbiyə
Coğrafiyanın tədrisi metodikasının tədqiqat metodları
Coğrafiyanın tədrisi prosesi və innovativ texnologiyalardan istifadə
Coğrafiyanın tədrisində bilik və bacarıqların qiymətləndirilməsi
Coğrafiyanın tədrisində yeni yanaşmalar və tədqiqatlar
Coğrafiyanın təlim vasitələri
Xəzər dənizi və sahil zonasının müasir problemləri
Qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsiri
Müasir dövrdə tarix təliminin təkmilləşdirilməsi yolları, vasitələri və üsulları
Tarix dərslərində layihə və tədqiqat yönümlü təlim, sinifdənkənar işlər
Tarixi sənədlərlə iş və onların əhəmiyyəti
Tarixin tədrisində milli kimlik və mənəvi təfəkkürün formalaşdırılması
Tarixin tədrisində sənədlər, mənbələr və mətnlər üzərində iş
Tarixin tədrisində tarixi coğrafiya problemi
Tarixin tədrisində tarixi coğrafiya problemi və onun rolu
Tarixin tədrisinin aktual problemlər
Tarixin tərisində inteqrativ yanaşmalar və multidisplinar tarix
Tədqiqat analitikası
Tədqiqat üsulları
Təlim modelləri və coğrafiyanın tədrisində təhsilalanlarda zəruri bacarıqların formalaşdırılması
Kafedranın elmi istiqaməti:
5502.01-Ümumi tarix
5402.01-Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası
5801.01-Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə)
Kafedranın son illərdəki əsas elmi nəşrləri:
Kafedranın əməkdaşları tərəfindən son 5 ildə 4 dərs vəsaiti, 5 monoqrafiya, 25 fənn proqramı, o cümlədən metodik vəsait, 320-dən çox məqalə və tezis (onlardan 90-a yaxını xaricdə, o cümlədən SCOPUS və Web of Science kimi nüfuzlu jurnallarda olmaqla) nəşr olunmuşdur. Kafedra əməkdaşları bakalavriat və magistratura səviyyəsinə tədris edilən bütün fənnlərin sillabuslarını hazırlamışdılar. Kafedra əməkdaşlarının AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA-nın Qafqazşünaslıq İnstitutu, AR ETN akad. H.Əliyev adına Coğrafiya İnstitutu, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mühəndislik Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mingəçevir Dövlət Universiteti ilə elmi əlaqələri var. Beynəlxalq əməkdaşlıq əlaqələrində kafedra əməkdaşlarının Berlin Freien Universitetinin dosenti Matthias Dornfeldt (phd., dosent), Almaniyanın Leybnits İnstitutunun professoru Natalia Qaqarina (Pd., dr.), Türkiyənin Milli Savunma Universitetinin Kara Harp Okulu dekanı professor İbrahim Ethem ATNUR ilə, Türkiyənin Qaziantep Universiteti, Qazaxstanın Əl-Fərabi Qazax Milli Universiteti, Qazaxıstan Respublikasının Xalel Dosmuhamedov adına Atırau Universiteti, Dağıstan Dövlət Universiteti, Türkiyənin Hacettepe Universiteti, Qazi Universiteti, Sakarya Universiteti, Bülent Ecevit Universiteti, İngiltərənin Middlesax Universiteti, Rusiyanın Severo Kafkaz Universiteti, Kuban Dövlət Universiteti, Ufa Universiteti, Macarıstanın Debrecen Universiteti, Belarusiyanın Baranovich Dövlət Universiteti, Litvanın Mikolos Romeris Universiteti, Polşanın Lodz Universiteti, Rezskow Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Təltiflər:
Dosent S.S.Məhərrəmova Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirakına görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2026-cı il tarixli sərəncamı ilə Fəxri fərmanla təltif edilmişdir. Professor İ.İ.Mərdanov səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1 oktyabr 2015-ci ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri fərmanla, 18 noyabr 2022-ci ildə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Dosent Z.H.Abdullayeva Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətinə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 04 dekabr 2017-ci il tarixli sərəncamı ilə Fəxri fərmanla, 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirakına görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2021-ci il tarixli sərəncamı ilə Fəxri fərmanla, səmərəli pedaqoji fəaliyyətinə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 02 oktyabr 2025-ci il tarixli sərəncamı ilə Fəxri fərmanla təltif edilmişdir. Dosent S.S.Kərimli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 5 oktyabr 2016-cı ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri fərmanla, 18 noyabr 2022-ci ildə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla, 05 oktyabr 2021-ci ildə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla, 04 oktyabr 2024-cü ildə səmərəli əmək fəaliyyətinə və universitetin ictimai işlərində fəal iştirakına görə Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Dosent S.İ.Məmmədova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 07 mart 2018-ci ildə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Dosent S.N.Yusifova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 4 oktyabr 2019-cu ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla, 03 oktyabr 2025-ci ildə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Dosent R.V.Əhmədov uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə 5 oktyabr 2023-cü ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir. C.f.d., baş müəllim M.G.Alməmmədli 03 noyabr 2017-ci ildə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Baş müəllim N.M.Abdullayev gənc nəslin təlim-tərbiyəsində fəaliyyətinə və universitetin ictimai işlərində yaxından iştirakına görə 5 oktyabr 2014-cü ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə universitet rəhbərliyi tərəfindən Fəxri fərmanla, 09 oktyabr 2017-ci ildə Həmkarlar İttifaqı işində yaxından iştirakına və Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri fərmanla, həmçinin səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 29 iyun 2022-ci il tarixli Sərəncamı ilə Fəxri fərmanla təltif olunmuşdur. Baş müəllim A.V.Əsədova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 07 mart 2023-cü ildə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Baş müəllim Ş.M.Əhmədova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 07 mart 2019-cu ildə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Müəllim Ə.A.Babaşova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 5 oktyabr 2022-ci ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Müəllim N.M.Əhmədova uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə 5 oktyabr 2023-cü ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Müəllim B.M.Cəlalzadə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirakına görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2022-ci il tarixli sərəncamı ilə Fəxri fərmanla təltif olunmuşdur.