Monitorinq və qiymətləndirmə
SDU-nun inkişaf strategiyasına uyğun olaraq, hər il üzrə Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planına əsasən isə hər bir strukturun öhdəliyini yerinə yetirməsinə nəzarət etmək üçün İşçi qrupu yaradılır. İşçi qrupunun fəaliyyəti hesabatlılıq prinsipinə əsaslanır.
Tədrisin və dəstək xidmətlərinin (tibbi, psixoloji, tütor xidməti, yataqxana, yeməkxana və s.) keyfiyyətinin planlaşdırılması və davamlı inkişaf funksiyalarına nəzarətə görə isə Təhsildə keyfiyyət təminatı şöbəsi (TKTŞ) məsuldur. Bunun üçün mütəmadi olaraq elektron və ya yazılı sorğular keçirilir. TKTŞ keyfiyyət mədəniyyətinin (hər bir kəsin keyfiyyət baxımından bərabər məsuliyyəti bölüşməsi) təmin olunmasına dəstəyi həyata keçirir.