Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Home | News | Sumqayıt Dövlət Universitetinin bir qrup nümayəndələri konfransda çıxış etmişlər
Sumqayıt Dövlət Universitetinin bir qrup nümayəndələri konfransda çıxış etmişlər

19-20 dekabr 2014-cü il tarixində Naxçıvan Dövlət Universitetində “Əlilliyi olan  insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”  TEMPUS  (ESFIDIP) 543649-TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR) layihəsi çərçivəsində konfrans keçirilmişdir.
Konfransın əsas məqsədi layihə çərçivəsində yerinə yetirilmiş işlərin müzakirə edilməsi və görüləcək işlərin planlaşdırılmasından ibarət idi. Konfransda Sumqayıt Dövlət Universitetini Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, Humanitar məsələlər üzrə prorektor, dosent  Nizami Namazov və Beynəlxalq Əməkdaşlıq  Şöbəsinin müdiri, dosent Turqay Hüseynov təmsil etmişlər. Dosent Turqay Hüseynov layihə çərçivəsində yerinə yetirilmiş işlər haqda məruzə ilə çıxış etmişdir.

Mətbuat xidməti

ADDRESS
CONTACTS
SUMGAIT STATE UNIVERSITY
Sumgait city,
43rd district, Baku street 1,
AZ5008
Phone: +994-18 642-16-20
E-mail: info@sdu.edu.az