Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Home | Association of Russian - Azerbaijani universities
Association of Russian - Azerbaijani universities

20-23 noyabr 2015-ci il tarixində Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimi keçirilib. Mərasimdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, eləcə də hər iki ölkənin təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov iki ölkə arasında bir çox sahələrdə, eləcə də elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, müasir çağırışlara əsaslanan bu əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.
Hər iki ölkənin ortaq tarixi əlaqələrinin mövcudluğunu xatırladan rusiyalı nazir Dmitri Livanov çıxışında ali təhsil müəssisələri arasında əməkdaşlığın ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir etdiyini bildirib. O, yeni yaradılacaq qurumun universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacağını deyib.
Çıxışlardan sonra hər iki ölkənin rektorları tərəfindən Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanıb.

Sənədlər
Konfranslar
Video
ADDRESS
CONTACTS
SUMGAIT STATE UNIVERSITY
Sumgait city,
43rd district, Baku street 1,
AZ5008
Phone: +994-18 642-16-20
E-mail: info@sdu.edu.az