Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | SDU-nun əməkdaşları arasında idman yarışları başladı
SDU-nun əməkdaşları arasında idman yarışları başladı

Fevral ayının 5-də SDU-nun Bədən Tərbiyəsi və İdman kafedrasının yarış zalında qadın əməkdaşların fakültələr arası dama üzrə spartakiyadasının açılışı oldu.
Yarışı universitetin İqtisadi məsələlər üzrə prorektoru Naib Hacıyev açaraq universitetin rektoru adından iştirakçıları salamladı və onlara uğurlar arzuladı.        Prorektor qeyd etdi ki,  əsası  Ümummilli Liderimiz tərəfindən qoyulmuş gənclər siyasəti onun layiqli davamçısı  Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətini asanlaşdırmaq məqsədilə ölkəmizdə kifayət qədər işlər görülmüş və layihələr həyata keçirilmişdir. 2005-ci ildə ölkə başçısı tərəfindən  “ Azərbaycan Gəncliyi Dövlət Proqramı” imzalandı. Dövlət Gənclər siyasətinin tərkib hissəsi olaraq, Respublikanın hər yerində olduğu kimi Sumqayıtda da gənclərə ehtimad göstərilir. Şəhərin sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında fəal iştirak edənlərin böyük hissəsini gənclər təşkil edir. Bu gün təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan gənclərimiz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bunun nümunəsi olaraq Sumqayıt Dövlət Universitetində də gənclərə hər bir sahədə qayğı göstərilir. Universitetin rəhbərliyi əməkdaşların asudə vaxtlarının səmərəli keçməsi üçün yüksək şərait yaratmaqla onların hər birinə böyük qayğı göstərir. Bu gün start götürən bu yarış da əməkdaşların asudə vaxtlarının mənalı keçməsinə xidmət edir. Dama üzrə yarışda yeddi fakültənin əməkdaşları təmsil olundu və 2 saatdan artıq davam edən gərgin və maraqlı yarışda əməkdaşlar aşağıdakı yerləri tutdular:

1-ci yeri Riyaziyyat fakültəsi
2-ci yeri Filologiya fakultəsi
3-cü yeri İqtisadiyyat və idarəetmə fakultəsi
4-cü yeri Fizika və elektroenergetika fakultəsi
5-ci yeri Kimya və biologiya fakultəsi
6-cı yeri Mühəndislik fakultəsi
7-ci yeri isə Tarix və coğrafiya fakültəsinin qadın əməkdaşları qazandılar.

Fevral ayının 10-11-də şahmat, 12-13-də isə nərd üzrə yarışlar davam edəcəkdir. Yarışların sonunda qaliblər mükafatlandırılacaq.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-18 642-16-20
Электронная почта: info@sdu.edu.az