Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi
“İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi
Aprelin 24-də universitetimizdə Qızıl  Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” adlı maarifləndirmə tədbiri keçirildi. 
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət Məhərrəmova bildirdi ki, belə görüşlərin  təşkili gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədi daşıyır. O, insan alveri, zorakılıq, həmin hallara qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verdi, insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunu qeyd etdi. 
Tələbə-gənclərin iştirak etdikləri tədbirdə könüllü Gülnar Tanrıverdiyeva slayd vasitəsilə insan alverinin vətəndaş hüquqlarının pozulması və şəxsiyyətə qarşı cinayət olduğunu və onlara qarşı mübarizə tədbirlərindən söz açdı. 
Mövzu ətrafında diskussiyalar oldu, fikir mübadiləsi aparıldı və gəncləri maraqlandıran suallar cavablandırıldı. 
                                                                                                                                                                                                                                                                                                                 Mətbuat Xidməti

 

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-18 642-16-20
Электронная почта: info@sdu.edu.az