Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Sumqayıt Dövlət Universitetində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi
Yerləşdirilmə tarixi : 10 Март 2015 00:00
Sumqayıt Dövlət Universitetində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi

Martın 6-da Sumqayıt Dövlət Universitetində  8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dos, Nizami Namazov bütün qadınları bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı, gələcək fəaliyyətlərində  uğurlar dilədi.
Prorektor bildirdi ki,  Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub. Zəngin tarixə malik olan Azərbaycan xalqı uzun əsrlərdən bəri neçə-neçə igid ərənləri ilə fəxr etdiyi kimi, bu ərənləri dünyaya bəxş edən analarla da böyük şərəf duymuşlar. Xalqımızın Tomrisi, Nüşabəsi, Natəvanı, Burlaxatunu, Həcəri və bunların qəhrəmanlıq obrazında neçə-neçə igid qadınları olub. Bu qadınlar öz ağılları, düşüncə tərzi, öyüd-nəsihətləri ilə xalqımızın ölüm-dirim mübarizəsində böyük qələbələrin qazanılmasında şücaətlər göstərmişlər. Azərbaycan qadını qəlbinin saflığı, bir elin, bir obanın, böyük bir məmləkətin qiymətli xəzinəsi kimi ad qazanıb.
Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verərək demişdir: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik". ”Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalaması bu qayğının bariz nümunəsidir. Bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir. Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün qadınlar ölkəmizdə ən yüksək vəzifələrdə çalışırlar.
Fəxrlə deyə bilərik ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.
Bayram tədbiri SDU-nun “Səma” rəqs ansamblının, tələbələrin və tanınmış müğənnilərin ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az