Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Miqrasiya Xidmətinin əməkdaşları universitetimizdə
Yerləşdirilmə tarixi : 03 Март 2015 00:00
Miqrasiya Xidmətinin əməkdaşları universitetimizdə

Martın 3-də  Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının universitetimizdə  təhsil alan əcnəbi tələbələrlə görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov universitetin rektoru adından qonaqları salamladı. O, qeyd etdi ki, son bir il ərzində miqrasiya xidmətinin əməkdaşları ilə görüşlərimiz tez-tez keçirilir. Universitetimizdə təhsil alan əcnəbi tələbələr üçün bu görüşlərin böyük əhəmiyyəti var.
Sonra çıxış üçün söz Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi, miqrasiya xidmətinin müşaviri İsmayıl Abdullayeva verildi. İdarə rəisi İsmayıl Abdullayev çıxışında bildirdi ki, 1999-cu ildə BMT-də bir konvensiya  qəbul olundu və bu konvensiya əsasında transmilli cinayətkarlığa qarşı mübarizə adlı qanun qəbul olundu. Bizim ölkəmizdə 2007-ci il martın 19-da Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında sərəncam imzalandı. Ölkə başçısı miqrasiya xidməti orqanları qarşısında, ölkəmizə gələn və ölkəmizdə yaşayan hər bir əcnəbi vətəndaşın harada, necə yaşaması və nə işlə məşğul olmasının müəyyən edilməsinin vacib və məsul bir vəzifə olduğunu qarşıya qoydu. Azərbaycana gələn hər bir əcnəbi qeydiyyatı ilə bərabər hansı işi görməsindən asılı olmayaraq, Azərbaycan qanunlarını bilməli və buna hörmət etməyə borcludur. Bizdən də başqa xarici ölkələrə gedən miqrantlarımız var. Onlarda o ölkələrin qanunlarını, adət-ənənələrini, milli mentalitetini öyrənməli və buna əməl eməlidir. İdarə rəisi miqrasiya sahəsində mövcud qanunvericiliyin əsas tələbləri, əsasən də tələbələrin təhsil alması ilə bağlı müəyyən qaydalar haqqında görüş iştirakçılarını məlumatlandırdı. Görüş zamanı qeyd olundu ki, Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi, həmçinin tələbə ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyata alınmalıdır. Prosedur qaydası isə çox sadədir. Pasportun yalnız şəkil olan və ölkə ərazisinə girişin Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilmiş səhifəsinin surəti tələb olunur. Azərbaycanda qanuni əsaslarla olduğunuz müddətdə sizə müvəqqəti yaşamaq üçün bir il müddətinə icazə verilir. Tələbələrə dövlət rüsumunda da xeyli güzəşt edilir. Belə ki, bir illik yaşamaq üçün icazə alan əcnəbilər 120 manat ödədiyi halda, tələbələr üçün bu məbləğ 40 manatdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş və digər qanunlarımıza görə, vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməz: “Yəni xarici ölkə vətəndaşı hansı məqsədlə gəlibsə, o məqsədlə də yaşamalıdır. Nəzərinizə bir sevindirici xəbəri çatdırım ki, Türkiyədən Azərbaycanda təhsil alan tələbələrə hər iki dövlətin razılığı ilə həftə ərzində 20 saat işləməyə icazə veriləcək. Bu barədə artıq layihə işlənir. Bir faktıda tələbələrin diqqətinə çatdırım ki, bəzən əcnəbi tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün işlədiklərini deyirlər, amma bu qanunlarımıza uyğun deyil. Daha doğrusu qanunlarımız buna yol vermir. Buna baxmayaraq, belə hallar aşkarlanarsa, əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30 000-35 000, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3000-5000 manat məbləğində cərimə oluna bilərlər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini pozan əcnəbilərin özləri isə 300-400 manat məbləğində cərimə ödəməlidirlər. Əgər son 3 il ərzində qanun pozuntuları 2 dəfə təkrarlanarsa həmin şəxslər ölkədən məcburi çıxarılır, onların ölkəyə girişinə məhdudiyyət qoyulur. Hər bir əcnəbi vətəndaş ölkəmizdə yaşamaq imkanını leqallaşdırmalıdır”. Bütün bunlarla yanaşı olaraq hər bir əcnəbi tələbə ən azından danışıq dilini öyrənməli, eyni zamanda milli adət ənənələrimiz haqqında məlumata malik olmalıdır.
Görüşün sonunda idarə rəisi İsmayıl Abdullayev əcnəbi tələbələri maraqlandıran sualları cavablandırdı.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az