Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Rektor yüksək bal toplamış tələbələrlə görüşdü
Yerləşdirilmə tarixi : 28 Февраль 2015 00:00
Rektor yüksək bal toplamış tələbələrlə görüşdü

Fevralın 27-də Sumqayıt Dövlət  Universitetində qış imtahan sessiyasında yüksək bal toplayan birinci kurs tələbələri ilə görüş keçirildi.
Görüşdə universitetin rektoru Elxan Hüseynov gəncləri təbrik etdi  və onlara elmi fəaliyyətlərində uğurlar arzuladı. Qış imtahan sessiyasının yekun nəticələri barədə tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov məlumat verdi.
Dosent  İsabal Qurbanov qış imtahan sessiyasında yüksək bal toplayan tələbələrin adlarını elan etdi və bildirdi ki, bu il tələbələrin dərsə davamiyyətləri müsbət, qiymət nəticələri məqbul hesab olunur. Universitetimizə yüksək balla qəbul olmuş tələbələr özlərini qış imtahan  sessiyasında da doğrultdular.
Rektor Elxan Hüseynov çıxışında bildirdi ki, ölkəmiz boloniya sisteminə qoşulmaqla  ölkədə təhsilin keyfiyyətinin daha da artmasını təmin etmək, təhsilimizi avropa ölkələrinin təhsilinə uyğunlaşdırmaq kimi bir sıra öhdəlikləri öz üzərinə götürüb.
Ümumiyyətlə, bilirik ki, Azərbaycan  Avropa ölkələrinə inteqrasiya olunur və  burada təhsil ən önəmli sahələrdən biridir. Bu gün Avropada  demək olar ki, sərhədlər yoxdur  bu sistem  Avropa təhsilində mövcüd olan sərhədlərin silinməsinə gətirib çıxarıb.  Sistemin bir neçə pillələləri var ki, bura diplomların tanınması, tələbələrin bir universitetdən digərinə  problemsiz  köçürülməsi və digərləri daxildir. 
Bəzən ölkə gənclərindən biri hansısa  xarici ölkədə iş yeri tapdıqda təhsilləri ilə bağlı müəyyən problemlərlə üz-üzə qalırdı. Lakin yeni sistemə keçidlə bu problemin qarşısı alındı. Hazırda hər bir ölkə gənci öz gələcəyini xarici ölkədə qurmaq istəyərkən onun qarşısında belə sərhədlər qalmır ona görə ki, yeni sistemlə bir universitetdən digərinə rahat şəkildə keçmək olur.
Bu sistemə keçid ümumdünya təhsil sisteminə qovuşmaq deməkdir. Dünyada müəyyən təhsil standartları var o standartlar bu sistemdə daha qabarıq, səmərəli formada özünü göstərir. Ona görə də Azərbaycan təhsil sahəsində aparılan islahatların
gedişində boloniya sisteminə inteqrasiya olunmağa üstünlük verdi. Boloniya sisteminin şübhəsiz ki, müəyyən üstünlükləri var. Məsələn daha operativ, müasir 
biliklər  almaq, eyni zamanda təlimin,tədrisin keyfiyyətini  yaxşılaşdırmaq və digər baxımdan bu sistemin geniş imkanlar açdığını görmək mümkündür.
Rektor qeyd etdi ki, yaxşı oxuyan tələbələrə şəxsən özüm və professor-müəllim heyəti tərəfindən hər cür köməklik etməyə hazırıq. Siz tələbələrin də üzərinə düşən ən böyük məsuliyyət tədris prosesində əldə etdiyinz bilik və savadınızla  Avropa təhsil sistemində, əmək bazarında layiqli yer tutmaqdır.
Bu gün Təhsil naziri Mikayıl Cabbarovun dəstəyi sayəsində  bu ali təhsil ocağı yenilənmiş,   maddi-texniki bazası  gücləndirilmişdir. Son bir ildə burada siz tələbələr üçün bir çox şərait yaradılıb. Qeyd edim ki, universitetimizi sürətli internetlə təmin etmək məqsədilə optik kabel çəkilmiş, geniş lokal şəbəkə yaradılmışdır. Bu da, öz növbəsində, videokonfransların və distant təhsilin daha etibarlı şəkildə aparılmasına geniş imkanlar yaradır. Bundan başqa 37 auditoriyada proyektorlar quraşdırılmış, ağıllı  elektron lövhələr yerləşdirilmişdir. Tədrisin keyfiyyətinin artırılması üçün kitabxananın müasir səviyyədə qurulması və zənginləşdirilməsi də olduqca vacibdir. Son dövr ərzində respublika milli kitabxanasından və digər qurumlardan 3000-nə yaxın dərs vəsaiti və digər tədris ləvazimatları alınmışdır. Hazırda isə elektron kitabxana sistemi yaradılmışdır. Mən hesab edirəm ki, siz tələblərin əsas borcu  sizə yaradılan şəraitdən lazımınca yararlanmağınızdır.
Rektor onu da bildirdi ki, siz  ali məktəbə test üsulu ilə qəbul olunursunuz, lakin semestr imtahanları monitorinq yolu ilə keçirildiyindən əksəriyyətiniz  imtahan zamanı  həyəcan keçirdiyinizi səbəb gətirirsiniz. Bununla əlaqədar olaraq qərara aldıq ki, test imtahanı verdikdən sonra kafi qiymət alan tələbələr üçün əlavə olaraq şifahi imtahan verməklə tədris zamanı əldə etdiyiniz  bilik və savadınızın sayəsində qiymətlərinizi yüksəltməyə nail olasınız.
Sonda tələbələrin sualları cavablandırıldı və tələbələr  onlara belə bir şəraiti yaratdığına  görə SDU-nun rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az