Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Heydər Əliyev Mərkəzində məşğələ keçirildi
Yerləşdirilmə tarixi : 13 Февраль 2015 00:00
Heydər Əliyev Mərkəzində məşğələ keçirildi

Fevralın 13-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən növbəti məşğələ “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusuna həsr olunmuşdu.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov qeyd etdi ki,  Azərbaycan xalqının ümummilli lideri, Ulu öndərimiz Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki,  onun fəaliyyəti, gördüyü işlər və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri, böyük fenomenin zəngin irsi nə məkana, nə zamana sığan deyil. Böyük dahi şəxsiyyətlə bağlı zaman –zaman belə məşğələlər keçirilsə belə yenə mən deyərdim azdır. Böyük şəxsiyyət Heydər Əliyevin istər keçmiş İttifaq dönəmində, istərsə də müstəqillik dövründə bütün sahələrdə olduğu kimi Azərbaycan təhsilinə də göstərdiyi diqqət və qayğı xalqımızın tarixi yaddaşında əbədiyaşarlıq qazanmışdır. Keçmiş  Sovet İttifaqı dönəmində Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev gəncləri ölkənin müxtəlif ali məktəblərinə, ilk növbədə Moskva, Leninqrad, Kiyev, Minsk və digər şəhərlərə təhsil almağa göndərdi. Həmin gənclərlə Heydər Əliyevin görüşlər keçirməsi ənənə halını almışdı. Hər görüşlərində Azərbaycanın xoşbəxt gələcəyini düşünən dahi şəxsiyyət öz nitqlərində tələbə və aspirantlara elmlərə dərindən yiyələnməyi tapşırırdı. 1969-1982-ci illərdə SSRİ-nin 50 şəhərinin 170 ali məktəbinə 250 ixtisas üzrə on beş min gənc göndərilmişdi. İndi bu mütəxəsisslər Azərbaycan Respublikasının iqtisadiyyatının müxtəlif sahələrində çalışırlar. Hərbi təhsil və hərbi kadrların hazırlanması işinə xüsusi diqqət yetirən Heydər Əliyev gəncləri təhsil almaq üçün SSRİ-nin ali hərbi məktəblərinə göndərirdi. 1973-cü ildə böyük çətinliklərlə üzləşməsinə baxmayaraq Ulu Öndərimiz uzaqgörənliklə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbi açmağa nail oldu. Moskvadan Azərbaycana göndərilən hərbiçilərdən ibarət komissiya belə bir məktəbə ehtiyac olmadığını bildirsədə, Heydər Əliyevin mahir diplomatiyası onların bu cəhdlərinin qarşısını aldı. Beləliklə hələ keçmiş ittifaq dövründə Azərbaycan üçün milli hərbi kadrların hazırlanmasına başlandı. Bu gün ordumuzun qüdrətliliyi və möhtəşəmliyi də orduquruculuğunda vaxtilə bu hərbi məkəbi bitirən kadrlarımızın fəal iştirakının nəticəsidir. Bugün hər birimiz böyük fəxrlə deyə bilərik  ki, qüdrətli şəxsiyyətin layiqli davamçısı İlham Əliyev tərəfindən iqtisadiyyat, mədəniyyət, gənclər, idman, səhiyyə sahələri ilə yanaşı təhsil sahəsi də uğurla inkişaf etdirilir. Ölkə başçısı İlham Əliyevlə bərabər Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafında, məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində müstəsna xidmətləri vardır. Mehriban xanımın “Yeniləşən Azərbaycanın yeni məktəb” siyasəti bugün də uğurla davam etdirilir.
Məruzə ilə çıxış edən Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev qeyd etdi ki, savadlı və elmli xalqların qurduğu dövlət uzunömürlü, güclü, ədalətli olur. Bütün bu həqiqətlərin fövqündə dayanan Ulu Öndər Heydər Əliyev 1969-2003-cü illərdə Azərbaycan xalqının maariflənməsinə, məktəbə, kadr hazırlığına, bütövlükdə təhsilə xüsusi diqqət yetirmişdir. Təhsil sahəsində yeritdiyi siyasət onun böyük maarifçi və milli kadrların hazırlanması sahəsində böyük strateq olduğunu göstərir. Heydər Əliyevin Azərbaycanda təhsili inkişaf etdirmək sahəsində fəaliyyətinin başlıca istiqamətlərindən biri yeni məktəb binalarının tikilməsi və məktəb yaşlı şagirdlərin təhsilə cəlb edilməsi olmuşdur. Ümumtəhsil məktəblərinin sayı 3 dəfə artaraq 765-dən 2117-ə çatmışdır. 1969-1982-ci illərdə 350 min şagird yeri olan 849 məkəb tikilmişdir. Bu dövrdə 5 yeni ali məktəb açılmış, ali təhsil müəssisələrində tələbələrin sayı artaraq 70 mindən 100 minə çatmışdı. Məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdı. Ümumiyyətlə 1982-ci ilədək məktəb binalarının tikintisi və uşaqların məktəbə cəlb edilməsi geniş vüsət almışdır. Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan Respublikası möhkəmlənir, inkişaf edir, dünyanın sayılan sivil dövləti kimi şöhtrətlənir. Ümumilli liderin varisi ölkə başçısı cənab İlham Əliyev respublikamızın bütün problemlərini həll etməklə Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirmişdir.
Məşğələdə Fəlsəfə və hüquq kafedranın müdiri professor Həsən Sadıqov, Azərbaycan tarixi kafedrasının müdiri Əmirxan İsayev çıxış edərək Ümumilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında olan tarixi xidmətlərindən danışdılar. Heydər Əliyev Mərkəzində belə məşğələlərin ardıcıl olaraq keçirilməsi və bu məşğələlərdə tələbələrin də çıxışlar etməsi tövsiyə olundu.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az