Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | SDU-nun prorektoru Türkiyə Cümhuriyyətində ezamiyyətdə olmuşdur
Yerləşdirilmə tarixi : 06 Декабрь 2014 00:00
SDU-nun prorektoru Türkiyə Cümhuriyyətində ezamiyyətdə olmuşdur

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli 13 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sistemli tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri də ali təhsil müəsisələrində məsul vəzifələrdə çalışan əməkdaşların ixtisas artırması ilə bağlıdır.
Bu məqsədlə Azərbaycan Respublikasının bəzi regionları da daxil olmaqla 15 dövlət ali təhsil müəssisəsinin məsul əməkdaşları qardaş Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərinə stajkeçmə üçün ezam olunmuşlar. Sumqayıt Dövlət Univerisitetini bu layihədə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor Atayev Qafar Nəriman oğlu təmsil etmişdir.
Qafar Atayev bildirdi ki, layihənin əsas məqsədi Türkiyə Respublikasının təcrübəsindən istifadə etməklə ölkəmizdə təhsili daha  yaxşı idarə olunmasının üsul və metodlarını öyrənmək idi. Proqram nəzəri və praktiki olaraq iki yerə ayrılmışdı. Proqramın nəzəri hissəsi Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) keçirilirdi. Seminarlarda Türkiyə Cümhuriyyətində ali təhsilin strukturu, idarəedici strukturlara (rektorlar, prorektorlar, dekanlar və bölüm başqanları) seçkilər, kadr potensialının formalaşdırılması, ali peşə və dərəcə sertifikatlarının (diplomların) verilməsi mexanizmi ilə tanış olur, ölkələrimiz arasıda təhsil sahəsində oxşar və fərqli cəhətlər, qarşılıqlı layihələr, qloballaşan dünyada universitetlərin hansı istiqamətdə inkişaf edə biləcəyi mövzuları ətrafında geniş müzakirələr aparılırdı.
Praktik hissəsə Türkiyənin müxtəlif Universitetlərində - TODAİE, Anadolu, Ankara, Qazi, Hecettepe, ODTU (Yaxın Şərq Texniki Universiteti), Bilkent və s. universitetlərində keçirilirdi. Nümayəndə heyəti Bilkent və ODTU univerisitetlərində yaradılmış Yüksək Texnologiya Parkları və Anadolu Univerisitetində fəaliyyət göstərən 2 milyon dinləyicisi olan distant təhsil sistemi ilə tanış oldu.
Bundan başqa nümayəndə heyəti YOK-da (Yüksək Öyrətim Qurumu), Türkiyə Təhsil Nazirliyində, SETA-da (İqtisadi, Siyasi və Sosial Araşdırmalar Mərkəzi), TÜBİTAK-da (Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunda), Türkiyə Avropa Birliyi Bakanlığında (Nazirliyində), Azərbaycan Respublikasının Türkiyə Cühuriyyətindəki Səfirliyində, Türkiyə Böyük Millət Məclisinin Elm və Təhsil Komissiyasının sədri və Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri ilə görüşmüşdür.
Layihə çərçivəsində nümayəndə heyəti Atatürkün məzarı yerləşən və onunla bağlı sərgi-muzey kompleksi - ANITKABİR-ı və Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkı ziyarət etmiş, tarixi Konya şəhərinə ekskursiya etmişlər. Bu müddət ərzində keçirdikləri görüşlərin nəticəsi olaraq sertifikatlarla təltif olunmuşlar.
Prorektor Qafar Atayev həyata keçirilən proqramın və iki həftəlik staj keçmə kursunu yüksək qiymətləndirdi və   Azərbaycan Respublikası Təhsil Naziri, cənab Mikayıl Cabbarov başda olmaqla Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyevə, Təhsil Nazirliyinin Elm və Ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimova, SDU-nun rektoru Elxan Hüseynova və  Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətindəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibovaya mindərlığını bildirdi.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az