Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir
Yerləşdirilmə tarixi : 07 Ноябрь 2014 00:00
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir

Noyabrın 7-də Sumqayıt Dövlət Universitetində “Dövlət Bayrağı Günü” və  “Konstitusiya günü” qeyd olundu.
Dövlət himninin səsləndirilməsindən sonra tədbiri Sumqayıt Dövlət Universitetinin Humanitar məsələr üzrə prorektoru, dosent Nizami Namazov  açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının dövlət bayramları sırasına əlamətdar günlərdən – 9 noyabr -Dövlət Bayrağı Günü və 12 noyabr Konstitusiya günü də daxil olmuşdur. Bu bayram günləri münasibəti ilə sizi təbrik edirəm.
Azərbaycan dövlət bayrağının tarixinə qısa nəzər salan prorektor  qeyd etdi ki,  müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1918-ci il 9 noyabr tarixində yaradılmışdır. Sovet imperiyasının dağılmasından sonra  ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə  1990-cı il noyabrın 17-də üç rəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edildi.  Cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin bariz nümunəsindən biri də  müstəqil Azərbaycanın bayrağının dünya dövlətlərinin bayraqları sırasında dalğalanmasıdır.
Nizami Namazov vurğuladı ki, ötən əsrin 90–cı illərində dövlət təsisatlarının yaradılması,hüquqi və demokratik dövlət quruculuğu bütün  zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olundu. 1994-cü ilin sonu, 1995-ci ilin əvvəllərində  Müstəqil Azərbaycan Respublikasının  ilk Konstitusiyasının yaradılması ilə bağlı  məsələ gündəmə cıxarıldı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə xüsusi   komissiya təşkil edildi. Konstitusiya komissiyasının sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən  komissiyanın ilk iclasında  layihədə ümumbəşəri dəyərlərin ,xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması  bir vəzifə olaraq qarşıya qoyulmuşdur.  Birmənalı şəkildə  demək olar ki , layihənin müəllifi ümummilli lider Heydər Əliyev idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu bu layihə   1995-ci ilin noyabrın 12- də referendum yolu ilə qəbul edildi.
Prorektor xüsusi olaraq qeyd  etdi ki, müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında  da  məhz Ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası  dayanır.
“Azərbaycan tarixi” kafedrasının müdiri, dosent Əmirxan İsayevin “Azərbaycan Dövlətinin bayrağı onun mühüm atributlarından biridir” adlı  məruzəsi dinlənildi. Natiq bildirdi ki, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədirsə, Sovet imperiyasının süqutundan sonra ümummilli lider Heydər Əliyevin  ən böyük tarixi xidmətlərindən biri də müstəqil  Azərbaycanın bayrağını əbədi və dönməz etməsidir. Ümummlilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev  2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.
Bu gün Azərbaycan Bayrağı Meydanında ucaldılan bayraq dünyada ən böyük və ən uca bayraq kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onu baxımlı etmişdir. Mən inanıram ki, bizim hər birimizin qanı bahasına qazandığımız müstəqiliyimiz əbədiyaşar olacaqdır.
SDU-nun Baş hüquqşünası, “Fəlsəfə və hüquq” kafedrasının dosenti Əminə Həsənova “ Müstəqil Azərbaycanın Konstitusiyası Dövlətin ali qanunudur” mövzusunda çıxış etdi. Əminə xanım vurğuladı ki, Ümummilli Lider ilk ali qanunu qəbul etməklə Azərbaycan xalqına bütün cəmiyyətin və hər kəsin firavanlığını , azadlığını və təhlükəsizliyinin bərqərar edilməsini arzuladı , keçmiş , indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan etdi. İlk Konstitusiyamız , eyni zamanda  xalqımızın dünyəvi, milli – mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. Zaman keçdikcə Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. 2002 –ci ildə  Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsinə yaranan ehtiyac da  məhz bütün sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il ilk dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai –siyasi həyatında fundamental dəyişikliklər – iqtisadi ,siyasi ,hüquqi islahatların dərinləşməsi , demokratikləşmə prosesinin sürətlənməsi və digər pozitiv yeniliklər  Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009-cu il martın 18-də Əsas Qanundakı əlavə dəyişikliklərə münasibəti öyrənən ümumxalq  səsverməsi  prezident İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini  bir daha təsdiq etdi.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az