Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Kimsəsiz uşaqların sevinci
Kimsəsiz uşaqların sevinci

İnsanın ruhunu titrədən elə anlar, elə məqamlar olur ki, onu sözlə ifadə etmək mümkün olmur. “Tanrı bəndələrini sevgidən yaradıb” kəlamını tez-tez duyur və  bu sevgini öz aramızda səxavətlə bölürük. Olur ki, elə şəxslər Tanrının bəxş etdiyi alın yazısına üsyan edir, öz fiziki və əqli imkanları məhdud olan övladlarını  tərk edirlər. Yaxşı ki, bu gün kimsəsiz uşaqlar dövlət qayğısı ilə himayə olunur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva kimsəsiz uşaqları daim diqqət mərkəzində saxlayır.
1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə  Kimya və biologiya fakültəsinin tələbələri dekan müavini İradə Nəsirovanın rəhbərliyi ilə Saray qəsəbəsində yerləşən 7 saylı uşaqlar evini ziyarət etmələri kimsəsiz uşaqlar evinin sakinlərinə onların kimsəsiz olmadıqlarını, cəmiyyət tərəfindən heç də unudulmadıqlarını bir daha xatırlatdı.
Uşaqlar evinə daxil olarkən tələbələrin qarşılaşdıqları isti münasibət,  gülərüzlük, uşaqlara göstərilən yüksək diqqət və qayğı onlara humanist hisslər bəxş etdi.
Görüşdə tələbələrin gətirdikləri hədiyyələr uşaqları sevindirdi,  maraqlı və əyləncəli vaxt keçirdilər.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-18 642-16-20
Электронная почта: info@sdu.edu.az