Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Universitetimizdə Respublika Günü qeyd olundu
Yerləşdirilmə tarixi : 27 Май 2015 15:23
Universitetimizdə Respublika Günü qeyd olundu

Universitetimizdə 28 May–Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü qeyd olundu.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə universitetin rektoru Elxan Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə gərgin və mürəkkəb ictimai-siyasi bir şəraitdə yaranaraq cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın yaddaşına tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi həkk olunmuşdur. Qısa vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyəti bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoymuşdur. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin formalaşdırılması işində böyük rol oynamışdır.
Rektor vurğuladı ki, XX əsrin 90-cı illərində Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşsa da ölkəmiz ilk illər çətin ictimai-siyasi proseslər məngənəsində idi. Xarici siyasətdə yaşanan uğursuzluqlar, ölkədə hökm sürən xaos və anarxiya mühiti müstəqilliyin yenidən itirilməsi təhlükəsini gündəmə gətirmişdi. Amma 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırmışdır. Ulu öndər Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etmiş və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başlamışdır. 
Rektor Elxan Hüseynov onu da qeyd etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin qüdrətinin artırılmasına dəyərli töhfələr verməkdədir. Bu baxımdan Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin milli vətənpərvərlik hissini gücləndirilmək məqsədi ilə dərslərin ilk saatı Azərbaycan Xalq Cümhuriyyətinin qısa lakin şərəfli tarixinə həsr olunmuşdur.
Tədbirdə Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparan yol və onun xalqımız üçün tarixi əhəmiyyəti” adlı məruzəsində bəhs etdi ki, müasir Azərbaycan Respublikası öz tarixi kökləri ilə 97 il əvvəl – 1918-ci il 28 may tarixində müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə birbaşa bağlıdır, onun varisi və davamçısıdır. 
Dosent diqqətə çatdırdı ki, hər il Respublika Gününü sonsuz iftixar hissi ilə qeyd edən Azərbaycan vətəndaşları vətənpərvərlik hisslərini, milli dövlətimizin şərəfini uca tutduqlarını, ata və babalarımızın istiqlal amallarına sadiq olduqlarını nümayiş etdirirlər. İnamla deyə bilərik ki, bu gün təkcə Azərbaycan xalqının deyil, həm də bütün türk, İslam və Şərq dünyasının tarixinə qızıl hərflərlə yazılmışdır. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra da digər Şərq xalqları, millətləri üçün əsl nümunə, örnək oldu. Cümhuriyyət qurucuları öz dövrlərini on illərlə qabaqlamış, demokratikləşmə, modernləşmə kimi mütərəqqi prinsipləri, meyarları rəhbər tutaraq, az qala bir əsr ərzində yadelli işğalı, çar mütləqiyyətinin zülmü altında qalmış bir ölkədə ictimai və fərdi azadlıq ab-havasını yarada bilmişdilər.
Qədim dünya və orta əsrlər tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimli “Azərbaycan Xalq Cümhuriyyətinin parlament fəaliyyəti və hərbi quruculuğu” və eyni kafedranın müəlliməsi Şəhla Əhmədova “Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət rəmzləri” adlı məruzələrində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan sonra ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən danışdılar. 
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında sənədli film nümayiş olundu.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az