Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Universitetimizdə “Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir” mövzusunda beynəlxalq elmi konfrans
Yerləşdirilmə tarixi : 21 Апрель 2015 16:14
Universitetimizdə “Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir” mövzusunda beynəlxalq elmi konfrans

 Aprelin 21-də  Universitetimizdə “Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir” mövzusunda  beynəlxalq elmi konfrans keçirildi. Konfransda Rusiya, Türkiyə, Qırğızıstan və Azərbaycanın bir çox ali təhsil müəssisələrinin professor və alimləri iştirak edirdilər.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov konfransın plenar iclasını giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışdı. 
Prorektor ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırım cinayətlərinin xronologiyasından danışaraq bildirdi ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçiriblər. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilən onlarla məzarlıqlar aşkar ediblər. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorial kompleksləri yaradılıb, çoxlu əsərlər, məqalələr yazılıb, abidələr qoyulub.
Professor Ramazan Məmmədov Azərbaycanın XIX əsrdə İran və Türkiyədən Qafqaza köçürülən, XX əsrin əvvəllərində isə əzəli torpaqlarımızda yaradılan və terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizdən çox hissəsini  işğal etdiyini diqqətə çatdırdı.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Professor vurğuladı ki, soyqırımın dərindən öy¬rə¬nil¬məsi, anılması, xatır¬lan¬ması ölkədə vətənpərvərlik hissinin güclənməsinə, azərbay¬can¬çılıq ideologiyasının dərindən dərk edilməsinə əhəmiyyətli təsir göstərir. Universitetin əməkdaşlarının bu mövzuda əsərləri, məqalələri “Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir” mövzusunda  beynəlxalq elmi konfransın materiallarında öz əksini tapmışdır.
SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “1918-ci ilin mart soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda məruzə ilə  çıxış etdi. Bildirdi ki, Mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən biridir. Erməni daşnakları üç gün ərzində təkcə Bakıda 12 min azərbaycanlının həyatına son qoyub.
Professor qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ermənilərin 1918-ci ilin martında xalqımıza qarşı törətdikləri soyqırımına dolğun və hərtərəfli siyasi-hüquqi qiymət də yalnız Ulu Öndərin təşəbbüsü ilə verilib.
Azərbaycan Texniki Universitetinin Tarix kafedrasının müdiri, professor Şikar Qasımovun “Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticəsidir” mövzusunda məruzəsi dinlənildi. Professor   1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri və Xankəndidə yerləşən, keçmiş sovet ordusunun 366-cı alayının hərbçiləri tərəfindən törədilən Xocalı soyqırımının məkrli erməni siyasətinin növbəti qanlı cinayətlərindən biri olduğunu söylədi. Professor qeyd etdi ki, Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən qətliam təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütövlükdə bəşəriyyətə yönəldilən qanlı cinayətdir.
Diqqətə çatdırıldı ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl siyasət yürüdür. 
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ şöbəsinin müdiri, professor Qasım Hacıyev “Azərbaycanlılara qarşı erməni soyqırımları” mövzusunda çıxışında azərbaycanlıları tarixi torpaqlarından qovub çıxarmaq, bu ərazilərdə "böyük Ermənistan" yaratmaq xülyasının erməni millətçilərinin uzun illər ərzində həyata keçirdikləri təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu, hələ 1905-1907-ci, 1918-1920-ci illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirilməsini, öz torpaqlarından deportasiya edilmələrini diqqətə çatdırdı.
Tədbirdə çıxış edən ziyalılarımız  erməni millətçiləri və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərə məruz qaldığını bir daha söylədilər .
Plenar iclasdan sonra konfrans işini “Ermənilərin Türkiyəyə qarşı uydurma soyqırım iddiaları və tarixi həqiqətlər”, “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar” bölmələri üzrə 2 gün  davam etdirəcəkdir. 
 
                                                                                                                                                                                                                                                                                            SDU-nun Mətbuat Xidməti
АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az