Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Sumqayıt Dövlət Universitetinin elmi əlaqələri genişlənir
Yerləşdirilmə tarixi : 17 Апрель 2015 00:00
Sumqayıt Dövlət Universitetinin elmi əlaqələri genişlənir

Özünün inkişaf tempi ilə yeni mərhələyə qədəm qoyan SDU-nun elmi əlaqələri günü -gündən genişlənməkdədir. Bu baxımdan əməkdaşlarımızın xarici ölkələrdə təşkil olunan beynəlxalq konfranslarda universitetimizi layiqincə təmsil etmələri də təqdirəlayiqdir. Universitetimizin TEC-nin(Tələbə Elmi Cəmiyyəti) Elmi rəhbəri, Bərk cisimlər fizikası kafedrasının dosenti İslam Paşayevin SDU-nun rektoru Elxan Hüseynovun 11.03.2015-ci il K-42/3 saylı əmri ilə 6-10 aprel tarixlərində  Rusiya Federasiyasının  Sankt-Peterburuq şəhərində keçirilmiş “Saint-Petersburq OPEN-2015”optoelektronika, fotonika və nanostrukturlar üzrə beynəlxalq konfransda iştirak etməsi dediklərimizin bariz nümunəsidir. Dosent İslam Paşayevin bu konfransda Rusiya Elmlər Akademiyasının vitse-prezidenti,  Nobel mükafatı laureatı, Sankt Peterburq Akademik Universitetin rektoru, NANO strukturlar mərkəzinin yaradıcısı, akademik Jores  Alfyorovun dəvəti ilə iştirak etməsini xüsusi qeyd etmək lazımdır.

Akademik Jores  Alfyorov dosent İslam Paşayevi şəxsən qəbul etmiş və optoelektronika, fotonika və nanostrukturlar barədə fikir mübadiləsi aparmışdır. SDU-nun dosenti İ.Paşayev səmimi qarşılanmaya görə təşəkkür etmiş və universitetimizin rəhbərliyinin salamlarını ona çatdırmışdır. Akademik Jores İvanoviç Alfyorov bildirmişdir ki, SDU əməkdaşının “Fizika i Texnika poluprovodnikov ” jurnalının 2014-cü ildə  çıxan sayında  dərc olunmuş məqaləsinə onun rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları tərəfindən rəy verilimiş vəbu tədqiqatı aşağı temperaturda davam etdirməyi məsləhət görmüşdür. İslam Paşayev akademikə bu  təklifə görə təşəkkür etmiş, lakin aşağı temperaturda tədqiqatı davam etdirməyin, yəni azot helium temperaturunda işləməyin Sumqayıt Dövlət Universitetinin hələ imkanları xaricində olduğunu nəzərə çatdırmışdır. Sonra  görüş NANO texnologiya laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü f.r.e.d. A.E.Jukovun da iştirakı ilə davam etdirilmiş və qərara alınmışdır ki, dosent İslam Paşayevin bu tədqiqatı Sankt Peterburq Akademik  Universitetinin əməkdaşının da  işə cəlb olunması ilə NANO texnologiya laboratoriyasında davam etdirilsin ki, birgə nəticələr  əldə olunsun. Sonda akademik Jores İvanoviç Alfyorov bildirmişdir ki,onun rəhbərlik etdiyi universitetSumqayıt Dövlət Universiteti ilə professor-müəllim heyətinin  mübadiləsinə, tələbələrin qarşılıqlı elmi təcrübə keçmələrinə, bir sözlə, qarşılıqlı- faydalı əməkdaşlığa hər zaman  hazırdır.
Konfransa müxtəlif ölkələrdən 171 məruzə təqdim olunmuşdu. İslam Paşayev “Şottki diodunun parametrlərinə müxtəlif xarici amillərin təsiri” mövzusunda çıxış etmiş, onun məruzəsi maraqla dinlənilmiş və müzakirə edilmişdir.
Sonra universitetimizin dosenti konfransda iştirakını gənc alimlərin elmi işlərinin müzakirəsində  münsiflər heyətinin üzvü qismində davam etdirmişdir.
Konfransın yekununda məruzələri ilə fərqlənən 10 nəfər iştirakçıya, o cümlədən, SDU-nun dosenti  İslam Paşayevə konfransın proqram rəhbəri akademik Jores Alfyorovun imzası ilə  diplom təqdim olunmuşdur.
Onu da qeyd edək ki, məruzələr ingilis dilində "Saint-Petersburg OPEN 2015" BOOK of ABSTRACTS 2nd İnternational School and Conference on Optoelectronics,Photonics, Engineering and Nanostructures,April 6-8, pp.32,2015. St. Petersburg, Russia” toplusunda çap olunmuşdur.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az