Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Ritorika Universal Klubu yeni layihəyə start verdi
Yerləşdirilmə tarixi : 13 Апрель 2015 00:00
Ritorika Universal Klubu yeni layihəyə start verdi

"Reduco” Tədris Mərkəzinin dəstəyi  ilə  Sumqayıt Dövlət Universiteti Ritorika  Universal  Klubunun  Mədəniyyət və İncəsənət Klubu  yeni layihəyə start verib.  Layihə çərçivəsində gənclər ebru sənətinin incəliklərini öyrənəcək, praktiki olaraq rəsmlər   çəkəcəklər. 
Bakıda Ebru Sənət Mərkəzində ebru sənət dərsləri keçən  layihənin təlimçisi olan Vüsal Karakaşlı  tədbir iştirakçılarına ebru sənətinin özəllikləri  və tarixi haqqında məlumat verərək bildirib ki, ebrunu Orta Asiyadakı cığatay türkləri yaradıb. O, ebru sözünün ebrə sözündən törəndiyini və "damarlı” mənasını verdiyini deyib: "Damarlı çünki suyun üzərində yaranan naxışlar  damara bənzəyir,  buluda da bənzəyir.  Sonra Osmanlıya keçən bu sənəti ebru adlandırırlar.”
Rəssam qeyd etdi  ki, digər təsviri sənət növlərindən fərqli olaraq ebru sənəti ilə məşğul olan insan hər zaman mənəvi baxımdan bu işə hazırlıqlı olmalıdır: "Çünki  çox güclü rəssam olsan belə  sənin bir sıxıntın, mənfi  hisslərin, emosiyaların suya  da yansıyır. Amma ebru bunları qəbul eləmir, yəni pozitiv, müsbət hissləri qəbul          edir.”
V. Karakaşlı  əyani şəkildə ebru sənətinin incəliklərini gənclərə nümayiş etdirdi. O, qeyd etdi ki, təbii sənət olan ebrunun hazırlanmasında kimyəvi maddələrin qatışığı olmur: "Bunun üçün yalnız təbii ləvazimatlardan, torpaqdan alınma boyalardan istifadə edilir. Burada istifadə olunan su da  xüsusidir, qatılaşdırılmış sudur. Boyalar da suyun üzərinə xüsusi fırçalarla səpilir”.
Mütəxəssis   ebrunun dincəlmək üçün faydalı, zövq alınacaq  bir sənət olduğunu vurğuladı.
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az