Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı Tarix və coğrafiya fakültəsində keçirildi
Yerləşdirilmə tarixi : 08 Апрель 2015 00:00
Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı Tarix və coğrafiya fakültəsində keçirildi

Seminarı giriş sözü ilə açan universitet TEC-nin elmi rəhbəri dos. İslam Paşayev seminar iştirakçılarını salamladı. O, TEC-in xətti ilə hər fakültədə elmi seminarların keçirildiyini qeyd etdi. Seminarın Tarix və coğrafiya fakültəsində keçirilməsinin əsas məqsədi elmə, biliyə marağı olan qabaqcıl tələbələri tanımaq, onlara elmi tədqiqat işlərinin aparılmasında köməklik etmək və istiqamətləndirməkdir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov seminarda çıxış edərək bildirdi ki, Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir. Müstəqil ölkəmizin sürətli qlobal inkişafı və bu inkişafın mühüm sahələrindən olan təhsilin inkişafı istiqamətində də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılmışdır.  Professor onu da vurğuladı ki, TEC-in əsas məqsədi tələbələrə ədəbiyyatlarla işləməyi, elmi istiqamətlər əsasında istinadların verilməsi qaydalarını öyrətməkdir.   O, kafedralarda, daha sonra isə fakültələrdən seçilmiş tələbələrin iştirakı ilə  ümümi elmi konfransın da keçirilməsini tövsiyyə etdi.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev, Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, prof. Şirxan Səlimov çıxışlarında qeyd etdilər ki, tələbələrin elmi çıxışları dərc olunmazdan öncə bir daha nəzərdən keçirilsə yaxşı olar (elmi rəhbərlərlə bir yerdə). Konfransın keçirilməsi çox gözəl ənənələrin əsasını qoydu. Bu istiqamətdə gələcək işləri daha da ciddi şəkildə qurmaq lazımdır. Hörmətli rektorumuz Elxan Hüseynovun əsas tələblərindən biri də tələbələrin elmi işlərə cəlb edilməsi,onlara diqqət və qayğının daha da artırılmasında ibarətdir ki,  bu da artıq öz nəticəsini verməkdədir.
Seminarda Alıyev Yasin (qr.851) “Rusiya Səfəvi ticarət əlaqələri rus müəlliflərinin əsərlərində (XVІ əsrin sonu XⅦ əsrin əvvəllərində)”, Vəliyeva Dürdanə  “Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi statusu (XX əsrin 60-cı illərində)”, Cəlalzadə Bənövşə (qr.872) “Azərbaycanın xarici siyasətində BMT-nin rolu”, Zeynalov Ehtiram (qr.854) “Azərbaycan-İsrail Beynəlxalq Assosasiyasının fəaliyyəti (1991-2008)”, Nağıyev Emil (qr. 853) “Səfəvi-Rusiya diplomatik əlaqələri (XVІəsrin sonu XⅦ əvvəllərində)”, Mirzəyeva Səlbi (qr.873) “Azərbaycan Demokratik Respublikası (1918-ci il)”, Verdiyev Toğrul (qr. 853) “Şah İsmayıl Xətai və Azərbaycançılıq” mövzularında məruzə ilə çıxış etdilər. Məruzədən sonra iştirakçı müəllim və tələbələr çıxış edənlərə suallar verdilər və məruzələr ətrafında maraqlı diskussiyalar aparıldı.
Növbəti seminarın 18.04.05 tarixində Riyaziyyat fakültəsində keçiriləcəyi qeyd olundu.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az