Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Главная страница | Новости | Tələbələrimiz təcrübədən qayıtdılar
Yerləşdirilmə tarixi : 23 Сентябрь 2014 00:00
Tələbələrimiz təcrübədən qayıtdılar

Müasir dövrdə dünya universitetləri arasında  çox yüksək rəqabət mövcuddur. İstənilən tələbə daha perspektivli hesab etdiyi ali məktəbdə təhsil almaq, diplom aldıqdan sonra isə onun diplomunu tanıyan istənilən ölkədə işləmək imkanını əldə etməyə çalışır. Bütün bunlar qabaqcıl ölkələrin ali təhsil sisteminin sürətlə dəyişən beynəlxalq iqtisadi bazarın tələblərinə cavab verməsini stimullaşdırır. Bu səbəbdən nüfuzlu ali məktəblər öz tələbələrini tanınmış şirkətlərdə təcrübə keçməyə göndərir, həmin şirkətlərlə tədqiqat layihələrində əməkdaşlıq etməklə sıx əlaqə yaratmağa çalışır. Bütün bunlar isə tələbələrə iş təcrübəsi qazanmaq üçün əlverişli imkanlar yaradır.
Bu baxımdan SDU-nun bir qrup tələbəsi  Türkiyə Respublikasının İzmir şəhərində istehsalat təcrübəsində oldular.
Universitetin müəllimi, təcrübə qrupuna rəhbərlik edən neft kimyası və kimya texnologiyası kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Nəzərova Müşgünaz xanım bu təcrübədə iştiraklarına şərait yaratdığına görə universitetin rəhbərliyinə, xüsusən, universitetin rektoru Elxan Hüseynova,  kimya fakültəsinin dekanı Mahal Muradova öz dərin minnətdarlığını bildirdi və öz təəssüratlarını bizimlə bölüşdü. Təcrübədə kimya fakültəsinin tələbələrindən Səma Əsədova, Süleyman Süleymanov, Bilqeyis İbrahimova, Gülnarə Yekəyeva, Asif Yusifli, Mariya Lahıcova  iştirak edirdilər.
Öncə tələbələrimiz ARDNŞ “Azərkimya İB”-nin yüksək təzyiqli polietilen sexində və laboratoriyalarında  istehsalat təcrübəsində olmuşlar. Bu təcrübədə eyni zamanda Qafqaz universitetinin və Moskva Dövlət universitetinin Bakı filialının tələbələri də iştirak edirdilər.
Daha sonra isə təcrübəni  həmin universitetlərin tələbələri ilə birgə Türkiyənin İzmir şəhərində yerləşən ARDNŞ-a aid Petkim Petro-Kimya Holdinq A.Ş-də davam etdirdik.
Təcrübənin ilk günlərində tələbələrə Petkim haqqında ətraflı məlumat verildi və onlara təhlükəsizlik texnikası ilə iş prinsipi göstərildi.
Hazırlıq mərhələsində tələbələr giriş kartları, kaska və geyimlə təmin olunduqdan sonra ixtisaslar üzrə təcrübə keçəcəkləri zavod və laboratoriyalara   bölündülər.
Zavodda təcrübədə olan tələbələr kompressorlar, onların iş prinsipləri və burada aparılan digər işlər barəsində ətraflı biliklər əldə etdilər.
ARGE (Araşdırma Geliştirme) və Kalite Sağlama Müdürlüğünün laboratoriyalarında təcrubə keçən tələbələrimiz burada görülən işlər, istifadə olunan cihaz və proqramlarla tanış oldular.
Tələbələr həmçinin Petkim Petrokimya Holdinq A.S-nin təşkil etdiyi  gəzintilərdə olmuş, Türkiyənin  məşhur tarixi abidələrini ziyarət etmişlər.
 Təbii ki, təcrübədə məqsəd ARDNŞ Azərkimya İB və Petkim Petrokimya Holdinq A.S-nin sex və laboratoriyalarının iş prinsipləri ilə tanış olub onları müqayisə etməkdən ibarət idi. Eyni zamanda, birgə layihə olan “İstehsalat üzrə səmərələşdirici təklif və ideyalar” müsabiqəsində təkliflərlə iştirak nəzərdə tutulmuşdu.

Tələbələrimiz xammal, enerji, etilen istehsalı kompressorlarının işinə aid 30-a qədər təkliflə müsabiqədə iştirak etdilər. SDU-nun müsabiqədə rəqibləri Qafqaz Universiteti və MDU-nun tələbələri oldular. Azərkimya İB və Petkim Petrokimya Holdinq A.S-nin nümayəndələrindən təşkil olunmuş komissiyanın birgə rəyinə əsasən SDU-nun tələbələri Səma Əsədova və Süleyman Süleymanov I yerə, Qafqaz Universitetinin tələbəsi Xavər Feyzullayevə II yerə, MDU-nun tələbəsi İntizar Bodurova III yerə layiq görüldülər.

Mətbuat xidməti

АДРЕС
КОНТАКТЫ
СУМГАИТСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
г.Сумгаит
43-й квартал, ул. Баку,1
AZ5008
Телефон: +994-018-64-2-15-06
Электронная почта: info@sdu.edu.az