Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Filologiya
Filologiya
 Filologiya fakültəsi 2000-ci ildə Tarix-filologiya şöbəsi kimi fəaliyyətə başlamış, 2001-ci ildə Tarix-filologiya fakültəsinə çevrilmiş, 2003-cü ilin may ayından müstəqil Filologiya fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır. Filologiya fakültəsində 94 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 3 f.e.d., professor, 27 f.e.d., dosent, 35 baş müəllim, 29 müəllim çalışır. Hazırda fakültədə 16 nəfər elmlər doktoru proqramı, 16 nəfər fəlsəfə doktoru proqramı üzrə elmi işlə məşğul olur. Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 1142 nəfər bakalavriat (978 əyani, 164 qiyabi) və 32 nəfər (əyani) magistratura pilləsində təhsil alır.


Bakalavriat səviyyəsi üzrə ixtisaslar:

-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
-Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə)
-Psixologiya
-Məktəbəqədər təhsil
-İbtidai sinif müəllimliyi
-Xarici dil müəllimliyi (dillər üzrə)
-Təhsildə sosial-psixoloji xidmət
-Korreksiyaedici təlim
Magistratura pilləsi üzrə ixtisaslar və ixtisaslaşmalar 
Filologiya ixtisası
 -Azərbaycan dili;
- Azərbaycan ədəbiyyatı;
-Dilşünaslıq (ingilis dili üzrə) ixtisaslaşmaları.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası:-Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisaslaşması.
Psixologiya ixtisası:
-Uşaq və yaş psixologiyası;
-Ümumi psixologiya ixtisaslaşmaları.
-Məktəbəqədər təlim və tərbiyə ixtisası:
Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası ixtisaslaşması.
Pedaqogika ixtisası:
Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması.
MBA proqramı üzrə:
-Biznesin təşkili və idarə edilməsi (Təhsil üzrə menecment)
Doktorantura (fəlsəfə doktoru üzrə) pillə üzrə ixtisaslar:
-Azərbaycan dili;
-Azərbaycan ədəbiyyatı;
-Müqayisəli dilçilik.
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
-Müasir Azərbaycan dilinin və ədəbiyyatının qaynaqları, təşəkkül və inkişaf qanunauyğunluqları;
-Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi istiqamətləri;
-Azərbaycan dilinin onomologiyası və nitq mədəniyyətinin inkişafı;
-Xarici dillərin (ingilis və rus) tədrisi problemləri, müqayisəli dilçilik, dünya ədəbiyyatı.
 
 
Filologiya fakültəsinin kafedraları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az