Əsas səhifə | Araşdırma bölməsi
Araşdırma bölməsi

Erməni milliyətçiliyinin total nasionalizmə çevrilmə fəlsəfəsi
Milliyyətçilik,  əslində  hər bir millətin muxtar olma, birlikdə yaşama, var olmasını sübut etmək üçün ideoloji bir hərəkətidir. Millətə  "modernist" yöndən baxılsa  milli şəxsiyyəti yaradan da elə  milliyətçiliktir. Şəxsiyyət azadlığı qazanmasına və bunları davam etdirməsinə istiqamətli bu  kimi anlayışların hər biri XVII və XVIII əsrlərdə Avropada ortaya çıxan yeni, fəlsəfi, tarixi və antropolojik ifadələrdən törəmişdir. Məsələn, "şəxsiyyət" anlayışının düz bir şəkildə "eynilik" (identification) olaraq başa düşünülməsi mümkündür. Qrup mənsubları bənzər şəkillərdə geyinər, yeriyərlər, eyni dili danışarlar, eyni ənənələri qoruyarlar; bütün bu baxımlardan özlərinə mənsub olmayan fərdlərdən fərqli olduqlarını göstərərlər. Bu bənzərlik – həm də bənzəməzlik görüntüsü, milli "şəxsiyyətin"  kəcb etdiyi mənalarından biridir. Burada insanların bir boydan,  bir etnik kökdən gəlib gəlməməsi o qədər də əhəmiyyətli deyil. Məsələn, bir zamanlar Monqolustanda etnik baxımdan monqol olub olmama əhəmiyyətli deyildi, əhəmiyyətli olan monqol qanununu qəbul etmək idi və mongollar kimi yaşamaqdı. Bu bir çox ölkələr üçün də uzun zaman yaşama və fəaliyyət göstərmə prinsipi olmuşdur.   Erməni olaraq bildiyimiz Haylar üçün bu prinsip keçərli sayıla bilməz, çünki onların heç zaman dövləti olmamış və içərilərində etnik baxımdan onlara yaxın olan millətlər olmamışdır. Bu mənada erməni milliyətçiliyinin  çatışmayan cəhətləri özünü qabarıq göstərir. Bunda zərərli bir şey yoxdur əslində. Erməni milliyətçiliyi əvvəla, heç zaman  modernist olmamışdır, ikincisi isə  özü bir şey ifadə etməsə də onun millliyətçiliyi  başqa xalqlara “yuxarıdan aşağı” baxmaq kimi eqoist yönü ilə seçilmişdir. Bu eqoist yanaşma imkan verməzdi ki, erməni milliyyətçiliyi sağlam düşüncənin üzərində köklənsin. Milliyyətçilik haqqında bir çox fikirlər mövcuddur. Bunlardan ən maraqlısı Ernest Gellnerə aiddir, o deyir ki,  "milliyyətçilik millətlərin öz mənlikləri mənasında oyanmış olmaları deyil; milliyyətçilik boş yerdə  millətlər icad edər". (Ceyhan Arsen “Küçük Asyada Hint Avrupa Gezintileri Ermeni İdeolojisi Üzerine Denemeler” kitabı) Dediyimiz hayların tarixinə nəzər salsaq görərik ki, bu alim nə qədər haqlı imiş...
Əslində milliyyətçilik eyni dili danışan, eyni bioloji xüsusiyyətlərə və eyni mədəniyyətə sahib, ortaq bir mənşədən gələn, cəmiyyəti təşkil edən fərdlərin şüuruyla, üzvü olduğu cəmiyyəti müqəddəs fikirlərlə digər cəmiyyətlərə görə daha çox sevən, aid olduğu cəmiyyəti qoruma və təbliğ etməyə çalışan, aid olduğu cəmiyyəti hər istiqamətdə daha yaxşı bir yerlərə çatdırmağa çalışan fərdlərin düşüncə formasıdır. Milliyətçilikdə ictimai mənsubluk bilinci gəlir. ​​ Belə halda mənsub olduğu cəmiyyəti şüurlu olaraq sevmə və cəmiyyətin inkişafı üçün səy göstərmə özünü qabarıq göstərir.Başqa cəmiyyətlərə qarşı hər hansı bir düşməncə rəftar qəbuledilməz sayılır. Haylarda( Ermənilərdə)  bunlar başqa anlamda təzahür etdiyindən biz onların bəzi cəhətlərini  açmağa çalışacağıq. Erməni milliyətçiliyinin antibəşəri xarakterini açmaq üçün biz öncə  milliyətçilik anlayışının erməni toplumunda necə qavranıldığına diqqət etməliyik.  Ermənicə millət –ազգ (azq) sanki yalnız onlara aid olan bir qavramdır, digər xalqlar ազգ (millət) ola bilməzlər. Ermənilərin bu anlayışı fərqli anlamaları onların millətçilik xəstəliyinə tutulmaları ilə bağlıdır.  Millətçiliyə ideologiya kimi də, siyasi doktrina kimi də, yaşamaq, varolmaq üçün mübarizə üsulu kimi də baxmaq mümkündür. Qərbdə millətçilik öncə siyasi məqsədə çatmaq vasitəsi olub fərdi azadlıq əldə etmək düşüncəsi ilə sıx bağlı bir konsepsiya kimi götürülmüşdür. Müasir millətçiliyin Avropada əsasını fransızlar qoymuşlar. Bu sadəcə olaraq bir siyasi və ideoloji layihə olaraq ortaya çıxmışdır. Millətçiliyin klassik növü İngiltərədə bərqərar olmuşdur. Buna isə siyasətdən və ideologiyadan kənarda baxılmamışdır. Bu modellər, yəni “Qərb modeli” qorunub saxlanmışdırmı? XVIII əsrdən üzü bu yana ona yön verən isə Almanlar olmuşdur. Fransada yaranan millətçilik sosial və siyasi proekt idi, bu digər ölkə və xalqlarda da özünü məhz bu formada səciyyələndirirdi. Fransız milli ideologiyası alman mifləri ilə əvəzlənərkən özündə süni çalarları əks etdirməyə başladı.Millətçiliyin “Şərq modeli” isə daha fərqli formada özünü göstərirdi. Biz bu mənada “millətçilik layihələrinə” erməni millətçiliyi nümunələrində təhlil etməyə çalışsaq həmin fərqi aşkar görərik. Adam Smit tərəfindən əsaslandırılan modeli çox asanlıqla Erməni nasionalizminə aid etmək olar. Burada ümumi əcdad-Hayka bağlılıq var, burada erməni “qızıl əsrinə” həsrət özünü göstərir ( guya ki, 1,5 min illik enmədən sonra yüksəliş gələcək), Vətənin itirilməsinə yanğı və acıma var. Bu “millətçi mif” XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bir qrup ziyalının ortaya çıxmasını şərtləndirmişdi. Onların arasında yazıçılar, publisistər, din adamları və s. vardı. Raffi, Leo,  Artsruni, Mıkrtiç Xrimyan... Bu ideologiyanı yayan mətbuat orqanlarına da malik idilər. “Mşak” qəzeti,  daha sonra “Hnçak”, “Droşaq” və digər yayın orqanları... Onların içərisinə Erməni kökənli Rusiya vətəndaşları daxil olmuş və Rus xalqçıları kimi onlar da xalqın içərilərinə kəndlərə üz tutmuşdular. Erməni millətçiliyini yaymaq çətin deyildi, bunun üçün daha öncələrdə mxitaristlərin təsiri ilə silahlanmış qüvvələr ayaqda idilər.  Bu işdə onlara tarixi “qəhrəmanlıq mifləri”də köməyə gəldi. Məsələn, Sasunlu David. Erməni tarixini şişirdilmiş formada təqdim edən Leo, xalqın yadellilərə-xüsusən də müsəlmanlara (türklərə!) mübarizəsindən bəhs edən romanlar müəllifi Raffi... Hamısının da içərisində mərkəzi rolda Erməni separatizmi. Başqalarının torpaqlarına iddialar...
Erməni milliyyətçiliyinin kökünü Vardavar deyilən Erməni bayramında axtarmağın daha məntiqli olduğunu iddia edənlər də var. Bu tip ideoloqlar keçmiş Ermənistana dönməklə milli öyünüdərki möhkənləndirmək istəyirlər. Amma bunun mümkün olacağı çətin ehtimaldır. Qədim və ya keçmiş adlandırılan Ermənistan xəyali bir məfhumdur, heç bir elmi əsasa söykənməyən iddiadan başqa bir şey deyildir, onu hər hansı bir ideoloji düşüncə sisteminə daxil etmək isə suni baxış olacaqdır. 301-ci ildə Xristianlığı qəbul etdikləri iddia olunan Ermənilər buna qədərki bütün məbədləri yıxıb dağıtmışlar,onun yerinə isə heç bir şey yarada bilməmişlər. Özlərini qonşularından, əsasən də müsəlmanlardan fərqləndirmək üçün,yaşadıqları məkanları bu dinə sitayiş edən insanlardan uzaq tutmaq üçün nə milli, nə də dini bir ideologiya yarada bilməmişlər. Başqa sözlə xristianlıq bir millət olaraq Ermənilərə fərqli görünüm verməmişdir. Milli ideolojiləri də Xristian dini ilə sıx bağlı olmuşdur. Indi İrəvan yaxınlığında təxminən onun 32-ci kilometrliyində yerləşən Qarni məbədinə toplaşarkən bir neçə min Erməni Vardavar bayramını kutlayarkən demək istəyirlər ki, əsil  haylar (bizim anlamda Ermənilər)  onlardır və dinləri də Xristianlıq deyil, bax bu dindir. Çox qəribədir ki, bu bayramı Xristian Təqvimlərinə də daxil etmişlər. Burada qəribə bir məntiqsizlik yaranır. Amma bu təriqət sahibləri özləri üçün müqəddəs kitab da yaratmışlar. “Biz Ermənilər bilmirik ki əsil dinimiz nədir? Kilsədə şam yandırmaq və sinəsindən xaç asmaq xristian olmaq demək deyil. Ermənilərin hamısı bu dində səmimi deyillər.  Vardavar bayramında aktiv iştirak edənlərdən biri- “Erməni –Ari ordeni” adlı ultramilliyyətçi təşkilatın rəhbəri Armen Avetisyan Erməniləri Xristianlıqdan imtina etməyə səslədiyinə görə 2005-ci ildə 3 il həbsə atılmışdır. O həm də xalqı yəhudiləri məhv etməyə səsləmişdi. Avetisyan və onun silahdaşları əyinlərinə Erməni irqçi ideoloq Garegin Njdeni rəsmi çəkilmiş qara köynəklə gəzirlər. Xatırladaq ki, Garegin Njde 1886-1955 illərdə yaşamış Erməni şovinist ideoloqu olmuşdur. O əldə silah Türklərə və hətta bolşeviklərə qarşı vuruşmuş və Erməni milliyyətçiliyinin əsaslarından bəhs edən əsərlərin müəllifi olmuşdur. Tsaxakron deyilən bir ultra şovinist təlim yaratmışdır. Bu şəxsin ideyaları əsasında Erməni İnqilabçı Federasiyası-Daşnaksütyun və o cümlədən Ermənistan Respublikaçılar Partiyası da daxil olmaqla bir çox siyasi təşkilatların platforması müəyyənləşdirilmişdir. “Erməni Arilər Ordeni” adlı örgütdən başqa Erməni milli bayramında – Vardavarda adını çəkdiyimiz siyasi təşkilatların rəhbərliyində olan şəxslər də iştirak edirlər. Erməni nasionalizminin kökünün xristianlıqdan daha öncələrə dayatmaq həm də siyasi məqsəd güdür.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az