Əsas səhifə | Xəbərlər | Gələcəyin fizikləri Etilen-Polietilen zavodunda ekskursiyada oldular
Gələcəyin fizikləri Etilen-Polietilen zavodunda ekskursiyada oldular
Dekabrın 1-də Fizika və elektroenergetika fakültəsinin Elektroenergetika, Elektrik və İstilik energetikası mühəndisliyi ixtisaslarının tələbələri, Elektrotexnika və energetika və Elektromexanika kafedralarının bir qrup müəllimləri "AZƏRİKİMYA" İB-nin ETİLEN-POLİETİLEN zavodunun avadanlıqları və orada gedən istehsal prossesləri ilə yaxından tanış olmaq məqsədi ilə ekskursiyada oldular.
"AZƏRİKİMYA" İB-nin ETİLEN-POLİETİLEN zavodunda nümayəndə heyətini zavodun baş mühəndisi Nadir Alıyev və Əməyin mühafizəsi və ekologiya şöbəsinin rəisi Mahir Əliyev səmimi qarşıladı və zavod haqqında geniş məlumat verdi.
Əvvəlcə tələbələri qruplara bölərək, texniki təhlükəsizlik təlimatı keçirdilər və hər birini kaska ilə təmin etdilər. Sonra isə Nadir Alıyev zavod ərazisində olan sex və avadanlıqlar barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, "AZƏRİKİMYA" İB-nin ETİLEN-POLİETİLEN zavodu 1989-cu ildən fəaliyyətdədir. Bu zavodun işi 4 istehsalatdan ibarətdir: etilen istehsalatı- "EP-300", polietilen istehsalatı- "Polimer-120", buxar və elektrik enerjisi istehsalatı və izopropil spirti istehsalatı. O da qeyd olundu ki, Etilen-Polietilen zavodu yanğın-partlayış təhlükəli obyektdir. Zavodda metan, etan, etilen, butilen-divinil fraksiyası, ilkin emal benzini, yüngül piroliz qətranı və s. kimi yüksək yanğın-partlayış təhlükəli məhsullar istehsal və istifadə olunur.
Baş mühəndis Nadir Alıyev, əməyin mühafizəsi və ekologiya şöbəsinin rəisi Mahir Əliyev tələbələrin bütün suallarını cavablandırdılar. Təşkil edilmiş ekskursiyadan tələbələr çox razı qaldılar. Buna görə də bu ekskursiyanı təşkil etdikləri üçün Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova, fakültənin dekanı dosent Tamella Əhmədovaya, SOCAR "AZƏRİKİMYA" İB-nin baş direktoru İmran Arzumanzadəyə, zavodun baş mühəndisi Nadir Alıyevə, əməyin mühafizəsi və ekologiya şöbəsinin rəisi Mahir Əliyevə öz dərin minnətdarlıqlarını bildirirdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az