Əsas səhifə | Xəbərlər | Erasmus+EQAC layihəsi çərçivəsində QPR proses dizayner proqram təminatının təqdimatı keçirildi
Erasmus+EQAC layihəsi çərçivəsində QPR proses dizayner proqram təminatının təqdimatı keçirildi
Noyabrın 28-də universitetin kiçik akt zalında Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzinin yaradılması və İnkişaf Etdirilməsi (Erasmus+EQAC) layihəsi çərçivəsində Litva səfərində treninqləri keçirilmiş QPR proses dizayner proqram təminatının təqdimatı keçirildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qonaqları salamlayaraq tədbiri açıq elan etdi.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, layihənin SDU üzrə meneceri Samirə Məmmədova layihə haqqında məlumat verdi.
Daha sonra isə layihə çərçivəsində yaradılacaq Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov “QPR prosses dizayner proqram təminati” və “QPR prosses proqramının mahiyəti” mövzusunda təqdimatla çıxış etdi.Yaradılacaq mərkəzin mütəxəssisi - Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Sarvan Bədəlov da Litvanın təhsil sistemi haqqında təqdimatla məruzə edərək Litva səfərindən olan təcrübələrini SDU-nun əməkdaşları ilə bölüşdü.
Tədbirdə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin əməkdaşları, fakültələrin professor-müəllim heyəti və tütorlar iştirak etdilər.
Tədbirin sonunda mövzu ilə əlaqədar müzakirələr keçirildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az