Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız inkluziv təcrübə təlimində iştirak etdilər
Əməkdaşlarımız inkluziv təcrübə təlimində iştirak etdilər
Noyabrın 13-dən 14-dək Park İnn oteldə British Council Azərbaycan və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Unlimited” proqramı çərçivəsində müxtəlif sahələrdən olan mütəxəssislər üçün innovativ inklüziv təcrübələrilə bağlı təlimlər təşkil edildi.
“Unlimited” proqramı ölkəmizdə məhdud imkanlı insanlar tərəfindən yaradılan incəsənəti dəstəkləmək məqsədi daşıyır. Təlimlərdə Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova və Xarici dillər kafedrasının baş müəllimi Təranə Quliyeva iştirak etdilər.
Tədbirin əsas məqsədi müxtəlif sektorlarda işləyən peşəkarları əlilliyi olan insanların hüquq və imkan bərabərliyi məsələləri ilə tanış etmək və iş yerlərində innovativ və inklüziv təcrübələrin tətbiqi üçün ideyalar hazırlamaqdan ibarət idi. Təlimlər Böyük Britaniyanın “Shape Arts” təşkilatını təmsil edən Barbara Lisicki və Zoe Partington tərəfindən aparıldı.
Sonda iştirakçılara sertifikatlar verildi.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az