Əsas səhifə | Xəbərlər | SDU-da “Dünya Puşkinin gözü ilə” adlı tədbir keçirildi
SDU-da “Dünya Puşkinin gözü ilə” adlı tədbir keçirildi
Noyabrın 22-də Sumqayıt Dövlət Universitetində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin təşkilatçılığı və Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən “Sfera” Tələbə Teatrının üzvlərinin iştirakı ilə “Dünya Puşkinin gözü ilə” adlı tədbir keçirildi.
Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq qonaqları salamladı və Azərbaycan ilə Rusiya arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixindən söhbət açdı. O, uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğuladı. Qeyd etdi ki, Rusiya Federasiyası ilə səmimi və isti münasibətlərin qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük tarixi xidmətləri vardır. Bu gün Prezident cənab İlham Əliyev Ulu öndərin xarici siyasət kursunu uğurla davam etdirir və Rusiya ilə dostluq münasibətlərini daha da inkişaf etdirilməsi istiqamətində işlər aparır. Prorektor keçirilən tədbirin də iki ölkə arasındakı qarışılıqlı hörmət və ehtiramın bir nümunəsi olduğunu nəzərə çatdıraraq bildirdi rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi Puşkinin təkcə rus xalqının şairi deyil, poeziyasındakı humanizm, insanpərvərlik duyğuları, bütün xalqlara və millətlərə sevgi və məhəbbət onu bütün bəşəriyyətin sevimli şairlərinə çevirmişdir.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov bu görüşün baş tutmasına görə universitetin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynova təşəkkürünü bildirdi. Valentin Denisov Azərbaycanda rus dilinə və Rusiya mədəniyyətinə marağın yüksək olduğundan söz açdı və iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Aleksandr Sergeyeviç Puşkinin yaradıcılıq gecəsinin və digər tədbirlərin rolunun əvəzsiz olduğunu diqqətə çatdırdı.
“Sfera” Tələbə Teatrının üzvləri ölməz şairin əsərlərini rus dilində səsləndirdilər, A.S.Puşkinin şeirlərindən ən gözəl nümunələr: “Yevgeniy Onegin”, "Baxçasaray fontanı", "Qaraçılar" və digər əsərlərindən ibarət səhnəciklər göstərdilər.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az