Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycanda ekoloji problemlər və onların həlli yolları” adlı ingilis dilində seminar keçirildi
“Azərbaycanda ekoloji problemlər və onların həlli yolları” adlı ingilis dilində seminar keçirildi
Kimya və biologiya fakültəsinin birinci kurs maqistrantları üçün Xarici dillər kafedrasının müəllimi Jalə Məmmədova noyabrın 16-da Cek Morris ilə birgə “Azərbaycanda ekoloji problemlər və onların həlli yolları” adlı seminar keçirdilər.
Seminar ölkəmizin tarixi və coğrafiyası haqqında məlumatla başladı. Qədim və müasir Bakı, daha sonra Azərbaycanın kimya sənayesinin inkişafı haqqında məlumat verildi. Bibiheybət məscidi ətrafı ərazilərin ekoloji vəziyyətindən danışıldı. Seminarın məqsədi ölkəmizdə olan ekoloji problemlər və onların yaranma səbəblərini araşdırıb müzakirə etmək, Cek Morrisin bir ekoloq kimi bu problemlərə münasibətini öyrənmək, bununla bərabər, onların da ölkəsində belə problemlərin mövcud olub-olmadığı haqqında sorğular keçirmək və ən başlıcası, innovativ ekoloji texnologiya haqqında məlumatlanmaq idi. Seminar debat şəkilində, Xarici dillər kafedrasının müəllimlərinin iştirakı ilə davam etdi.
Xatırladaq ki, Cek Morris Amerika Birləşmiş Ştatlardan Fulbrayt xətti ilə Azərbaycana Sumqayıt Dövlət Universitetinə öz bilik və təcrübələrini tələbələrlə bölüşməyə və həmçinin ingilis dilinin öyrədilməsində müəllim köməkçisi kimi gəlmişdir. O, ixtisasca ekoloqdur, buna görə də Kimya və biologiya fakültəsinin ekoloq, kimyaçı və bioloq maqistrantları bu problemə öz sahələri tərəfindən çıxış edərək özəl slaydlar hazırlamışlar. İlk olaraq M317A qrupunun magistrantı, ixtisasca ekoloq olan Nərmin Səlimli “Ölkəmizin ekoloji problemləri” adlı slaydlar təqdim etdi. O, ölkədə baş verən ekoloji problemlərdən danışdı. M314 qrupunun tələbəsi ixtisasca kimyaçı olan Nabat Abdullayevanın “İşğal olunmuş ərazilərin təbiəti” adlı təqdimatı Cek Morrisin diqqətini xüsusi cəlb etdi, çünki Nabat Abdullayeva işğal altında olan rayonlarımızın coğrafiyasından (Kəlbəcər, Laçın, Şuşa) və həmçinin ekoloji vəziyyətindən danışdı. Daha sonra Nabatın ikinci təqdimatı Ermənistan ərazisində yerləşən Metsamir Atom Elektrik Stansiyası haqqında məlumatdan ibarət idi. Bu atom stansiyanın təhlükəsinin nə qədər böyük olduğunu açıqladı. Bu barədə C.Morrisin də fikirləri magistrantlara maraqlı oldu. Bioloq ixtisası üzrə M314A qrupunun maqistrantı Çinarə Mehdiyeva “Azərbaycanın Milli Parkları adlı təqdimatında Azərbaycanın Milli Qoruqları və Parkları” (Hirkan, Ağgöl, Göy-göl, Maralgöl) haqqında geniş məlumat verdi. Ardınca M316 qrupunun maqistrantı Sevda Məmmədova “Ziyanlı qidalar” adlı təqdimatı ilə bəzi məşhur brendli içkilərin tərkibindəki zərərli maddələr haqqında məlumat verdi. O, qidaların tərkibində olan şəkər faizlərinin normadan artıq olduğunu necə təyinetmə üsullarını göstərdi.
Cek Morris bu görüşdən olduqca məmnun qaldı və magistrantların geniş dünyagörüşünün olmasını qeyd etdi. O, da öz növbəsində Amerikanın milli parkları haqqında, ekoloji problemlərdən və bu sahədə tətbiq olunan innovativ metodlardan danışdı. Sonda o, SDU-nun rəhbərliyinə, Kimya və biologiya fakültəsinin əməkdaşlarına iştirak etdiyi proqramda ona dəstək olduğuna görə öz minnətdarlığını bildirdi. Magistrantların bu dərsi çox maraqlı və səmərəli keçdi.
 
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az