Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin Kimya və biologiya fakültəsində 31 Mart soyqırımı gününə həsr olunmuş tədbir keçirildi
Universitetimizin Kimya və biologiya fakültəsində 31 Mart soyqırımı gününə həsr olunmuş tədbir keçirildi

Martın 31-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının Kimya və biologiya fakültəsində dekanlıq, kafedra və tələbə heyətinin 31 Mart soyqırımı gününə həsr olunmuş tədbiri  keçirildi.
Əvvəlcə  31 mart soyqırımında həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə fakültə dekanı, dosent Mahal Muradov çıxış edərək 31 Martın Azərbaycan xalqının həyatında ən faciəli bir gün olduğunu tələbələrin diqqətinə çatdırdı. O, qeyd etdi ki, 1813-1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsası qoyuldu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə ermənilərin kütləvi sürətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Bu soyqırım hadisəsini  digər hadisələr kimi siz tələbələr daim xatırlamalı və unutmamalısınız.
Daha sonra kafedra müdiri Musa Mustafayev və Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri Məhəbbət Hüseynov çıxış edərək 31 Mart soyqırımının Azərbaycan xalqınının tarixi yaddaşında ən faciəli bir gün kimi iz saldığını diqqətə çatdırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az