Əsas səhifə | Xəbərlər | Tələbəmiz 4-cü Avrasiya çempionu oldu
Tələbəmiz 4-cü Avrasiya çempionu oldu
20-21 oktyabr tarixlərində Bakı şəhərində Full Kempo Peşəkar (Kempo PRO), SubmişnGi və No Gi versiyaları üzrə Bakı Şəhər Gənclər və İdman baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə 4-cü Avrasiya çempionatı keçirildi.
Çempionatda Qazaxıstan, İran, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan idmançıları iştirak etdilər.
Çempionatda iki gün ərzində 25 klub, təşkilat və başqa dövlətlərdən gələn 400-ə yaxın idmançı qələbə uğrunda mübarizə apardılar.
Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin tələbəsi Məhəmməd Nəbiyev professional qaydasız döyüş üzrə (+65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq 4-cü Avrasiya çempionu adına layiq görüldü.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çempion tələbəmizi qəbul edərək qələbə münasibətilə təbrik etdi. Qeyd etdi ki, hər bir idmançının qazandığı qələbə gənc nəsil arasında nümunəyə çevrilir, onları idmanla məşğul olmağa həvəsləndirir.Ölkə başçısı cənab İlham Əliyev idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil edirlər. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib. Elə Sumqayıt Dövlət Universitetində tələbələrin yüksək səviyyədə təhsil almaları ilə yanaşı idman, incəsənət və sosial fəaliyyətlərlə də məşğul olmaları üçün hər cür şərait yaradılıb. İdmançı tələbələrimizin Respublika, Avropa, Asiya və Dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz. Çox sevindirici haldır ki, Azərbaycanın medal xəzinəsinə idmançı tələbələrimiz öz töhfələrini verir. Onlar respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır.
Məhəmməd Nəbiyev də tələbələr üçün yaradılan şəraitə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az