Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Vətəni sevmək və ona layiqli övlad olmaq” mövzusunda tələbələrlə görüş keçirildi
“Vətəni sevmək və ona layiqli övlad olmaq” mövzusunda tələbələrlə görüş keçirildi
Oktyabrın 31-də Sumqayıt Dövlət Universitetində Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətəni sevmək və ona layiqli övlad olmaq” mövzusunda tələbələrlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq qonaqları salamladı və həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək belə layihələrin gənclər üçün faydalı olacağını qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Çünki vətənpərvər gənc hər bir millətin inkişafının təməl daşıdır.
Məcburi Köçkün Qadınlar İctimai Birliyinin sədri Zərifə Həmzəyeva həyata keçirilən layihə barədə ətraflı məlumat verərək bildirdi ki, artıq bir neçə ildir ki, gənclər, yeniyetmələr və döyüş xəttində yerləşmiş hərbi hissənin şəxsi heyəti arasında “Vətəni sevmək və ona layiqli övlad olmaq” mövzusunda layihə həyata keçirilir. Bu ildən isə “Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş zabitlərin döyüş yolları ilə bağlı gənclər arasında təbliğat işləri aparmaqla, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsinə dəstək vermək” layihəsini həyata keçirilməyə başlayıb. Layihənin məqsədi gənclər və yeniyetmələrlə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş zabitlərin görüşünü təşkil etmək, onlara qəhrəmanlıq göstərmiş zabitlərin rəşadətli döyüş yolunu təbliğ etmək və gənclərə vətənpərvərlik hislərini aşılamaqdır.
Görüşdə döyüş iştirakçıları, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin doğmaları iştirak edərək Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından, yurd sevgisindən danışdılar, gənclərimizi Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı azad etmək üçün döyüşə hazır olmağa səslədilər.
Görüşdə belə maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyi qeyd edildi.
 
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az