Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Xarici dillər kafedrasının əməkdaşları tərəfindən hazırlanan və çapa təqdim olunan elmi məqalələrin müzakirəsi
SDU-nun Xarici dillər kafedrasının əməkdaşları tərəfindən hazırlanan və çapa təqdim olunan elmi məqalələrin müzakirəsi

Gələcəkdə kadrların peşəkarlığının inkişafında xarici dillərin hərtərəfli öyrənilməsi əhəmiyyətli məsələdir və bu gün xarici dillərin tədrisi müasir tələblər əsasında aparılmalı, yetişdirilən kadrların hazırlıq səviyyəsi dünya standartlarına cavab verməlidir.  Xarici ölkələrlə artan iqtisadi, siyasi, mədəni əlaqələr xarici dillərin əməli şəkildə öyrənilməsini tələb edir. İKT-ın inkişafı dil tədrisinə də böyük təsir etmişdir. İKT-nin tətbiqi və elektron dərsliklərdən istifadə yolları da artıq inkişaf etməkdədir.
Elə bu məqsədlə də Xarici dillər kafedrasında kafedranın müdiri  f.e.d.N.V.İsgəndərovanın  təşəbbüsü ilə innovativ metodla hazırlanan elmi məqalələrin müzakirəsi keçirilir. Bu qəbildən olan ilk müzakirə 13 mart 2015-ci il SDU-nun Xarici dillər kafedrasının əməkdaşı, AMEA-ın Dilçilik İnstitutunun doktorantı Məmmədova Jalə Eldar qızının Elektron lüğətlər və onların tədrisdə istifadəsi mövzusunda hazırladığı elmi məqaləsinin müzakirəsi keçirildi. Müzakirədə Xarici dillər kafedrasının əməkdaşları və  Elm və İnnovasiyalar üzrə prorektor, prof. Məmmədov R.S, Filologiya fakültəsinin dekanı Həmzəyeva S.S, Rus dili kafedrasının müdiri, dos. Məmmədova S.M,  Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri dos. Aslanov Y.Y. Əcnəbi tələbələrin hazırlıq mərkəzinin rəhbəri Məmmədova S. iştirak etdilər. Müzakirə  ilk türk dilli lüğət olan Mahmud Kaşğarinin tərtib etdiyi "Divani lüğat it-türk" haqqında on dəqiqəlik video materialın göstərilməsi ilə başladı. Daha sonra müəllifin məqaləsi slayd şəkilində təqdim olundu. Müzakirə zamanı lüğətlərin tarixindən, onların mərhələ şəkilində inkişafından, qlobal internet şəbəkənin Leksikoqrafiyada yaratdığı dinamikadan və Elektron lüğətlərdən, həmçinin onların istifadə metodlarından danışıldı, eləcədə mövcud online lüğətlərdən nümunələr göstərildi. Daha sonra müəllif mimio studio (ağıllı lövhədə) xarici dilin tədrisi zamanı elektron lüğətlərin istifadəsi yolunu izah etdi. Burada dərs zamanı mövcud olan online və offline lüğətlərlə hiper-əlaqə yaradılaraq, elektron lüğətlərə keçidlər edildi. Yəni xarici dildə olan mətni mimio studio proqramına daxil edilir, mətni oxuyan zaman rastlaşdığımız yeni sözləri seçib onu hər hansı bir online və yaxud offline lüğətlərlə hiper-əlaqə yaradılır. Tələbələr bir düməyə toxunaraq həmin naməlum sözün mənasını (online və ya offline) elektron lüğətdə tapmış olacaqlar. Bu elektron lüğətlər fərqli ola bilərlər. Biri sözün etimoloji mənasın tapırsa, digəri onu izahatla verir, digəri isə sinonim antonim qarşılığını göstərir və s. Bundan əlavə müxtəlif proqramlarda, məsələn Microsoft Power Point-də slayd hazırlamaqla, rəngli qrafiklər və cədvəllər tərtib etməklə, gündəlik dərsin qrammatikasını o proqrama daxil edib, dərsin gedişatında yayımlanaraq tələbələrə izah olunur. Bütün bu prosesslər müəllifin məqaləsində oz əksini tapmışdır.  Müzakirənin sonunda Elm və İnnovasiyalar üzrə prorektor prof. Məmmədov R.S öz tövsiyəsin verdi, təqdimatdan razı qaldığını bildirdi və bu cür təqdimatların ardıcıl olmasını arzuladı. Daha sonra Filologiya fakültəsinin dekanı Həmzəyeva S.S  öz fikirlərini müzakirə iştirakçıları ilə bölüşdü.
Sonda kafedranın müdiri f.e.d.İsgəndərova N.V kafedranın potensialını gücləndirmək naminə bu cür müzakirələrin ardıcıl şəkildə aparılacağını bildirdi və hamını elmdə daha da fəal olmağa səslədi. Müzakirənin sonunda müəllifə elmi məqalə haqqında suallar verildi və fikir mübadiləsi aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az